Əri ilə bir gündə kim ölmək istəyir?

Əri ilə bir gündə kim ölmək istəyir?
Evlilik
10.09.2017 6
ABŞ-ın
Pensilvaniya ştatında 65 il rəsmi nikahda yaşayan ər-arvad 88 dəqiqəlik
fərqlə həyatdan köçüblər. Bu barədə Trend şənbə günü "The Huffington
Post" qəzetinə istinadən yazır.



Marcori
Lendis ötən bazar ertəsi uzun sürən xəstəlikdən sonra xəstəxanada vəfat
edib. Həyatının son anlarında onun yanında 89 yaşlı əri Ceyms Lendis
olub. Xudahafizləşərkən o, arvadına deyib: "Hər şey qaydasındadır. Mən
səni sevirəm. Biz bir yerdə çox gözəl illər yaşamışıq. Tezliklə biz
yenidən görüşəcəyik".



Saat
yarımdan sonra isə Ceymsin vəziyyəti pisləşib və ürək tutmasından vəfat
edib. Onun nəvəsi Evan Millerin sözlərinə görə, onlar bir-birindən ayrı
yaşaya bilməyiblər. HHQ-nin keçmiş pilotu Lendis və onun həyat yoldaşı
bir-biriləri ilə rəqs meydançasında tanış olublar. Onlar 1946-cı ildə
evləniblər və indiyədək ayrılmayıblar.



Qəzet
Qlazqo Universitetinin alimlərinin tədqiqatlarına istinadən yazır ki,
ər-arvadın eyni vaxtda ölməsi o qədər də nadir hadisə deyil. Onların
fikrincə, cütlüklərdən birinin ölümü yaxın altı ay ərzində dul kişinin
və ya dul qadının ölüm riskini 30 faiz artırır.



Həmçinin,
belə bir fərziyyə mövcuddur ki, birgə həyatları ərzində ərlə arvadın
ürək ritmləri arasında hansısa əlaqə yaranır. Bu əlaqənin kəsilməsi
ürəyin dayanmasına gətirib çıxara bilər. Alimlərin bir qismi isə
əmindirlər ki, yaşlı adamlar bir qayda olaraq yaxın adamın itkisinə
çətin tab gətirirlər.



Xatırladaq
ki, 2010-cu ildə ABŞ-dan olan digər ailə cütlüyü Şervud və Kerolayn
Vodsvortlar da eyni gündə vəfat etmişdilər. Onların müvafiq olaraq 90 və
89 yaşları var idi. Ər-arvad 60 il nikahda olublar. Lakin təəssüf ki,
onların ölümündə qətiyyən romantika olmayıb. Belə ki, Vodsvortların
ölümünə səbəb onlara məxsus üçmərtəbəli evdə mərtəbələr arasında ilişib
qalan liftdə boğulmaları olub.



Əri ilə bir gündə kim ölmək istəyir?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!