Bir salla sevgi münasibətinizin səmimiyyətini öyrənəcəksiniz

Bir salla sevgi münasibətinizin səmimiyyətini öyrənəcəksiniz
Evlilik
10.09.2017 15
Sevgi
heç də asan məsələ deyil. Hər kəs bu hissi fərqli yaşayır və həyat
davam etdikcə bu belə də olacaqdır. Lakin, hər münasibətin keyfiyyətini
müəyyən edən əsas bir məqam var. Bu mövzuda aparılan araşdırmalar da
göstərir ki, bu əsas məqam cütlüklərin birlikdə güldükləri anlardır.
Özünüzə sual verin: Birlikdə olanda nə qədər gülə bilirsiniz?



Şimali
Karolina Universitetin apardığı bu araşdırmada 71 cütlük iştirak edib.
Onlardan tanışlıq hekayələrini nəql etməklərini istəyiblər. Əsas diqqəti
isə birlikdə və ayrı olduqda nə qədər güldüklərini vurğulamağa
yönəltmələrini tələb ediblər. Araşdırma nəticələrindən velə aydın olub
ki, birlikdə zaman keçirdikdə daha çox gülən və əylənən cütlüklər daha
səmimi və qarşılıqlı dəstək əsasında münasibət qurmağa nail olublar. Bir
maraqlı məqam da odur ki, qadınlar münasibətdə kişilərdən daha çox
gülürlər. Lakin kişilər də qadınları güldürməyə çalışırlar.

Bu
araşdırma öz sahəsində yeganə də deyil. Əvvəllər aparılan araşdırmalar
da müəyyən etmişdi ki, xoş xatirələr münasibətə əla təsir göstərir və
birlikdə güldüyünüz anlar sizin ən gözəl xatirələriniz arasına daxil
olur. Bəzi xatirələrə yada salaraq, birlikdə gülməyi bacaran cütlüklər
adətən münasibətlərindən daha razı olublar. Araşdırmaçılar da bunlara
əsaslanaraq, deyir ki, bəlkə də ideal sevgi münasibətlərinin əsasında
məhz elə birlikdə daha çox gülmək dayanır. Bir-birinizlə xoş zarafat
etməyi və gülməyi unutmayın!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!