Məşhur psixoloqun münasibətlər haqqında yazdığı məktubdan 10 tövsiyə

Məşhur psixoloqun münasibətlər haqqında yazdığı məktubdan 10 tövsiyə
Evlilik
10.09.2017 3
Məşhur
Psixoloq Gerald Rogers çətin boşanma prosesindən sonra, Facebook
dostları və onu izləyənlərlə münasibətlər və onların itirilməməsi
barəsində təcrübəsinə əsaslanaraq, çox təsirli məktub paylaşmışdı.
Məktubunu və hisslərini isə, "Çox
sevdiyim bir qadını təxminən 16 ildir davam edən evlilikdən sonra
itirmiş biri kimi, sizə bəzi tövsiyələr vermək istəyirəm,”yazaraq,
təqdim edir. Rogers’in məktubunda verdiyi tövsiyələr olduqca bəyənilib
və  bəlkə də bu cümlələr bəzi əlaqələri xilas edəcək qədər də
təsirlidir.

Qadınlar.biz həmin məktubdan seçilmiş bəzi tövsiyələri sizə təqdim edir:



1. Bir-birinizlə daim ilk sevgili olduğunuz vaxtlardakı kimi flirt edin.



2. Öz qəlbinizin qiymətini bilin. Həyat yoldaşınıza vurulun. Hər dəfə, dayanmadan..



3.
Hər zaman bardağın dolu tərəfinə baxmağa çalışın. Sevdiyiniz insanı
istiqamətləndirmək, səhvlərini düzəltmək və daima ona ağıl vermək sizin
işiniz deyil.



4. Hirsləndikdə onu günahlandırmayın. Onun sizə dediklərində isə sözlərə deyil, sözlərin arxasındakı hisslərə fikir verin.



5. Onu güldürün. Hər gün onun ruhunu bəsləyin. Özünə vaxt ayırması üçün şərait yaradın.



6. Axmaqlıq etməyin. Ona nə qədər dəyər verdiyinizi hiss etdirin.



7. Hər dəfə özünüzü müdafiəyə kökləməyin. Ona qarşı daima açıq və səmimi olmağa çalışın.



8. Birlikdə böyümək və inkişaf etmək əsas hədəfiniz olsun.



9. Bağışlamağı bacarın və heç vaxt sevdiyiniz insana qarşı kin saxlamayın.



10. HƏR ZAMAN SEVGİNİ SEÇİN!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!