Evlilik?

Evlilik?
Evlilik
10.09.2017 4
«Evliliyin
ilk beş ili kritikdir», «Dərhal uşaq dünyaya gətirməyin» kimi
tövsiyələri eşitməyən, yəqin ki, yoxdur. Bu cümlələr elə hey qurulur,
amma evliliyə son həll təklifləri verilmir. ABŞ-da Cornell və Chicago
Universitetinin sosioloqları 3 min yetkin üzərində araşdırma aparıb. Bu
araşdırmalarda, evliliklərində özlərinə aid ictimai həyatı olmayan
insanların evliliklərinin təhlükəyə girdiyi görülüb. Xəbərdə evliliyi
qurtarmanın düsturu «insanın insana ilişməsi» olaraq verilib.
Evliliyinizdə işlər yaxşı getmirsə, problemləriniz varsa və həll edə
bilmirsinizsə, hətta evliliyiniz bitmə nöqtəsinə doğru gedirsə,
aşağıdakı sualları özünüzə verin və cavabların sizə ipucunu verməsinə
şərait yaradın. 



Evlilik üçün lazım olanlar

Bir çox evlilik mütəxəssisi evli cütlərin bu sualları cavablamalarının lazım olduğunu söyləyir: Bir probleminiz var? Problemin xüsusiyyətlərini təyin edə bilərsinizmi?

Problemlərə hər ikiniz də ciddi bir
şəkildə əyilmək istəyirsinizmi? Hər ikiniz də ortada problem olduğuna
inanırsınızmı? Deyilsə, bu şərtlərdə əlaqənizi davam etdirmənizə səbəb
olan müsbətləri və mənfiləri müəyyən edə bilərsinizmi?

Problemlərinizdə hirs necə rol
oynayır? İkinizdən biriniz hirsi daha az ifadə etməyə iş, ətrafdakılar
hirsdən danışdığında əsəbiləşmə, hirslənmə səbəbiylə özünü günahkar hiss
etmə nöqtəsinə gəldisə, müalicə variantlarını daha diqqətli nəzərdən
keçirməniz lazımdır.

«Bir kinoya ya da teatra gedəkmi?»
demək əvəzinə 2 nəfərlik bilet alın. Ona «Sürpriz, sabah axşam kinoya
gedirik» dediyiniz zaman sizinlə gələcəkdir.

Rəqs ya da fərqli bir sahənin
kursuna gedin. Bərabər izah edəcəyiniz şeylər ola bilər. Danışma
tərzinizi dəyişdirin. Məsələn, "Çox dağınıqsan" demək yerinə «Bu otaqda
özümü yaxşı hiss etmirəm» deyə bilərsiniz.

Laqeyd yanaşdığınız bədəniniz üçün bir şeylər edin… Məsələn, məşq...

Ondan istədiyiniz şeyi almağı bilin. Sarılmasını istəyirsinizsə, «Mənə sarıl» deyin.

Mübahisələr bəzən əlaqəni canlandıra bilər.

Çəkinmədən, yataq otağında yoldaşınızı canlandıracaq fantaziyalar xəyal edin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!