Hər şeyi bağışlamaq mümkündürmü?

Hər şeyi bağışlamaq mümkündürmü?
Evlilik
10.09.2017 17
Bağışlamağın ən yaxşı intiqam olduğu deyilir, eyni zamanda özünüzə edə biləcəyiniz ən böyük yaxşılıqdır bağışlamaq. Bəs bağışlamaq üçün nələr edə bilərik? Sizə xəyanət edən partnyorunuz, ən vacib sirlərinizi başqasına danışan dostunuz, sizi insanların içində gözdən salan ailəniz… Bəs həqiqətən bağışlamaq mümkündürmü?
Əsəbiniz soyuduqdan sonra qarşınızdakı insanı həqiqətən bağışlaya bilib-bilməyəcəyinizi düşünməyə başlayırsınız. Qəbul edək ki, bu, bütün o əsəbdən daha çətindir. Çünki bağışlamağın əslində özümüz üçün edə biləcəyimiz ən böyük yaxşılıq olduğunu deyən bütün o cümlələrə baxmayaraq, bağışlama dövrü ağırdır. Xüsusilə də qarşınızdakı çox güvəndiyiniz, ancaq inamınızı boşa çıxaran bir insandırsa… Amma nə olur olsun, həyatınıza davam etmək üçün bağışlamağı öyrənməlisiniz. Bəs necə?
Bağışlamağın nə olduğunu öyrənin
Hər şeydən əvvəl bağışlamaq sizin üçün nə anlama gəlir? Bunu dəqiqləşdirməlisiniz. Münasibətinizə davam edə bilmək üçün bir yoldur, yoxsa sadəcə özünüz üçün etməli olduğunuz bir yaxşılıqdır? Bağışlamaq qarşınızdakı insan üçün etdiyiniz bir şey və ya bundan sonra münasibətinizdə hər şeyin mükəmməl olacağının qarantiyası deyil. Sizi incitmiş birini bağışlamaq bütün yaşananları unutduğunuzu göstərmir. Bağışlamaq sadəcə bunu qəbul etmək və bütün olanlarla barışmış şəkildə həyatınıza davam etməyiniz anlamına gəlir. Ona görə də, bu bağışlama dövrünə qarşınızdakı insanı əlavə etməyinizə də ehtiyac yoxdur. Bu, sadəcə özünüzə edə biləcəyiniz bir yaxşılıqdır.
Vaxt verin
Davamlı olaraq əsəb və küsülülüklə yaşamağın nə qədər çətin olacağını bilirik. Ancaq hər şeyin bir gündə yaxşılaşmasını gözləmək doğru deyil. Sizə xəyanət edən sevgilinizin həmin andaca sizdən üzr istədiyini düşünün. Ya da inamınızı boşa çıxaran yaxın dostunuzun siz hadisədən xəbər tutan kimi üzr istəməyə gəldiyini. Bütün bunlar daha da çox əsəbləşməyinizə və qarşınızdakını incitməyinizə səbəb olar. Ən yaxşı ehtimalla üzrü qəbul etsəniz də, daha sonra peşman ola bilərsiniz. Buna görə də, bir az vaxt verin. Sizi incidən insanlardan bir müddət uzaqlaşın. Həm onlara etdikləri səhvləri anlamaq üçün vaxt verin, həm də hadisənin sizin üçün nə qədər vacib olduğunu anlamaq üçün vaxt qazanın.
Hisslərinizlə üzləşin
Həqiqətən nə istədiyinizi bilmədən qarşınızdakı insanı bağışlamağınız mümkün deyil. Əsəbisiz, yoxsa hiss etdiyiniz şey inciklikdir? Xəyal qırıqlığı yaşayırsınız? Yoxsa əslində daha əvvəl fərqinə varıb görməzdən gəldiyiniz şeylərin əlindən özünüzə əsəbləşirsiniz? Sizi bu qədər incidən şey nədir? Bir insana inanmış olmaq? Özünüzdən soruşmaqdan qorxduğunuz suallarla üzləşin. Bir kağız və qələm götürün, ürəyinizdən keçən hər bir şeyi oraya yazın. Bu çox vaxt içinizdən keçənlərin fərqinə varmağın ən yaxşı yoludur. Nə hiss etdiyinizi bilsəniz, bu vəziyyətlə mübarizə aparmağınız daha asan olacaq. Ancaq hisslərinizi anlamaq üçün mümkün qədər özünüzlə tək qalın. Vəziyyəti başqalarına danışmaq hər zaman məsələni həll etməyə bilər. Əgər problemi tək həll etməkdə çətinlik çəkirsinizsə, əslində kömək edə biləcək tək insanın problemə səbəb olan insan olduğunu yadınızda saxlayın.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!