Gəlin-qayınana çəkişməsinin qarşısını almaq üçün gəlinlərə tövsiyələrindən bəziləri belədir

Gəlin-qayınana çəkişməsinin qarşısını almaq üçün gəlinlərə tövsiyələrindən bəziləri belədir
Evlilik
10.09.2017 30
Psixoloqların, gəlin-qayınana çəkişməsinin qarşısını almaq üçün gəlinlərə tövsiyələrindən bəziləri belədir:

Gəlinlər, özlərinin də bir gün qayınana olacaqlarını heç vaxt unutmamalıdırlar.

Qayınanasına sevgi və hörməti əskik etməməlidir. Çünki o sevdiyi insanın anasıdır.

Qayınanasının bəzi tərs sözlərini öz əleyhində şərh etməməlidir.

Arada yaş və nəsil fərqi olduğunu düşünərək qayınanasının istək və davranışlarını xoş görməlidir.

Qayınanası ilə yaxşı dolandığında əri ilə də münasibətlərinin daha da yaxşı olacağını bilməlidir.

Qayınanasının bayramlarda, mübarək günlərdə hədiyyələrlə könülünü xoş tutmalıdır.

Ərinin tez-tez ana və atasını görmək istəməsindən narahat olmamalıdır.

Qayınana və qayınataya qarşı incidici, iynələyici, xoş olmayan sözlər söyləməməli, onları məmnun etməlidir.

Qayınanalar oğullarını qısqanar. Gəlinlər bunu sezməli, amma yumşaqlıqla bu işin öhdəsindən gəlməlidir.

Gəlinlər ərlərini qayınanalarına qarşı döndərməməlidir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!