Ailə həyatından nə gözləyirsiniz?

Ailə həyatından nə gözləyirsiniz?
Evlilik
10.09.2017 17
Dünyada başlayan və axirətdə davam edən xoşbəxt bir ailə həyatı qurmaq yəqin ki, hər kəsin arzusudur. Bir də elə ilk gündən sağlam təməllər üzərində qurulan isti bir yuva cəmiyyətdə sağlam fərdlərin yetişməsi deməkdir.
Evlənmək istəyən hər bir insan təbii ki, əvvəlcə öz beynində o ailənin planlarını qurur. Ancaq bu yolda atılan hər bir addım tərəddüdsüz də keçmir. Başqa sözlə, ümidlər artdıqca beyindəki suallar da artır.
Kimisi gələcək həyat yoldaşını ona dünya və axirət səadəti gətirəcək bir qüvvə kimi görür. Onların fikrincə yalnız belə ailələr cəmiyyətə faydalı fərdlər bəxş edə bilərlər. Kimisi də evlənmək arzusunda olsa da, ailədə tərəflər arasında qarşılıqlı anlaşmazlıqlardan ehtiyat edir. Onlara görə, əgər ailə üzvləri bir-birilərini başa düşməkdə çətinlik çəkirlərsə, bu ailənin taleyi də təhlükə altında qalır. Bəziləri isə ailəni iki dünyanın qovuşması kimi başa düşür. Onlara görə, iki müxtəlif dünya arasında ziddiyyət ehtimalı nə qədər yüksək olsa da, ailədə heç kim öz dünyasında tənha qalmamalıdır. Ailə həyatı qurarkən evlənmək istədiyiniz adamın tanış çevrədən olması da çox mühümdür. Çünki belə hallarda gözlənilməz sürprizlərlə qarşılaşmaq ehtimalı da azalır. Sosial-mədəni səviyyələri bir-birinə yaxın olan ailələr daha uzunömürlü olurlar. Çünki hər iki tərəf ailə həyatına o vaxta qədər qazandıqları vərdişlərlə başlayır.
Gələcək ailələrdə valideynlərin razılığı da əsasdır. Valideynlərin razılığı olmadan qurulan ailələrdə problemlərin olması da təbiidir. Digər tərəfdən, problemlərin qarşısını almaq üçün hər iki tərəf bir-birilərinin ailələri ilə öz ailəsi kimi davranmalıdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!