Evlilik marafonu

Evlilik marafonu
Evlilik
10.09.2017 12
Marafona çıxmış bir idmançı düşünün. Əgər bu idmançı elə ilk dəqiqələrdən imkanlarını qiymətləndirə bilməsə, məsələn ya həddindən artıq tez hərəkət edərək özünü yorsa, ya da həddindən artıq yavaş hərəkət edərək geri qalsa, nəticə necə olar? Əlbəttə ki, yaxşı olmaz. Əslində, evliliyin ilk günləri də belədir. Yəni evlilik də bir marafondur. Ona görə də, tərəflər bu dövrdə çox həssas davranmalı, qarşı tərəfdən imkanlarından artıq şeylər gözləməməlidirlər. Ən başlıcası isə ailədəki tarazlığı qorumalı və hər şeyi öz təbii axarına buraxmalıdırlar. Bu, həmçinin, ailənizin gələcəyi üçün də çox gözəl bir başlanğıc ola bilər. Digər tərəfdən, tərəflər evliliyə qədər ünsiyyətdə olsalar da, bu məhdud zaman çərçivəsində qarşı tərəfi hərtərəfli tanıya bilmirlər. Məsələn, o, yorğun olanda özünü necə aparır, ac olanda özünü necə hiss edir, çöldəki problemləri evə gətirirmi, evdəki problemləri çölə aparırmı və s. Bu “xırdalıqlar”, bəlkə də, bəziləri üçün çox əhəmiyyət kəsb etməsə də, bəziləri üçün ümidsizliyə gətirib çıxara bilər. Ona görə də, evlilikdən əvvəl xəyal qurmaq əvəzinə real düşünmək daha yaxşı olar. Bundan başqa, hər tərəf qarşı tərəfi olduğu kimi qəbul etməyi bacarmalıdır. Əks halda, ilk baxışdan, kiçik görünən məsələlər gələcəkdə ciddi problemlərin əsasını qoya bilər. Bütün bunlarla yanaşı bir az səbir, bir az səmimiyyət və bir az ünsiyyət də bir çox problemlərin qarşısını almaqda sizin köməyinizə çata bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!