Uzun və xoşbəxt evliliyin sirri

Uzun və xoşbəxt evliliyin sirri
Evlilik
10.09.2017 9
Evlilik həyatının eniş və çıxışlarla dolu olduğu heç kim üçün bir sirr deyil. Həyatınızı paylaşdığınız adam ilə vermiş olduğunuz "Xəstəlikdə və sağlamlıqda, zənginlikdə və kasıblıqda birlikdəyik" sözü bir tərəfə, qarşınıza çıxacaq daha nə qədər fərqli kilometr daşları var. Eynilə sahib olduğumuz uşaqlar, etdiyimiz borclar, iş həyatındakı yüksəlmələr, enişlər, itkilər kimi uzun bir siyahı. Həyat enişli-yoxuşlu, bəzən dalğalı bəzən fırtınalı bir dəniz.

Yaxşı evlilik gəmisi bu uzun səfərdə necə irəliləyəcək. Daha vacibi, bir tərəfdən gəmini rotada tutmağa çalışıb, digər tərəfdən mənzərənin dadını çıxarmağı bacara biləcəyikmi?

Evliliyin xoşbəxtlik sirri:

1) Bir-birinizin ən yaxın dostu olun. Ona qarşı dürüst olun. Ehtiyacı olduğunda yanında olun. Unutmayın əslində hər biriniz, bir başqası üçün oradasınız. Heç bir şey bundan daha qiymətli ola bilməz.

2) Əsla kin tutmayın. Gecələri yataq otağında birlikdə yatacağınızı və ya evin içində yenə baş-başa olacağınızı ağlınızdan çıxarmayın.

3) Sizin üçün əhəmiyyətli olan hər mövzunu mütləq danışın. Onun üçün əhəmiyyətli olanları dinləyin. Beləcə qohumlarla əlaqədar vəziyyətləri, maddi problemləri, gələcək planları haqqında düşüncələrinizi ortaya açıqca qoymuş olacaqsınız.Yoldaşınızı, daha ilk gündən və hər istiqamətiylə tanımaq, irəliləyən zamanlarda qarşınıza çıxa biləcək problemlərdə necə davranacağınızı bilməniz baxımından əhəmiyyətlidir.

4) Nizamlı olaraq ona "Necəsən? Həqiqətən necə hiss edirsən?" suallarını soruşmağa laqeyd yanaşmayın.

5) Lazımlı olduğu zaman etdiyinizdən əmin ola bilməniz baxımından, onun üçün əhəmiyyət daşıyan detalları mütləq öyrənin.

6) Bağlılıq hissiylə eşq arasında necə bir fərq olduğunu bilməlisiniz. Eşq necə hiss etdiyinizlə əlaqədardır. Bağlılıq isə sevdikləriniz üçün nələr edə biləcəyinizlə əlaqədardır.

7) Evliliyinizdə bir problem olduğunda mütəxəssislərə məsləhətləşmə fikri sizi qorxutmasın. Evlilik məsləhətçiləri yoldaşınızla aranızdakı ola biləcək problemlərdə ünsiyyət qurmanızı asanlaşdırar.

8) İkinizi maraqlandıran hər hansı bir mövzuda cümləyə "Mən" sözü ilə başlamanız yoldaşınız tərəfindən təcavüzkar bir tutum kimi qəbul edilə bilər.

9) Fikir ayrılıqları narahatedici deyil. Hətta yoldaşınızı daha yaxşı anlamanız üçün sizə fürsət yaradar. Onu diqqətli şəkildə dinləyin və tam olaraq nə söyləmək istəyir bunu anlamağa çalışın.

10) Bir mövzunu mübahisə müzakirə edərkən, yoldaşınızın sizə qarşı rəftarından narahat ola bilərsiniz. Bu kimi vəziyyətlərdə problem yaratmaqdansa mövzunu mümkün olduğu qədər qısa kəsməyə çalışın. Ona dönüb "Bu mövzunu burada bağlayaq. İndi söyləyərsənmi, axşam yeməyində qırmızımı yoxsa ağ şərabmı seçərsən?" tərzi bir cümlə kifayət qədər təsiredici olacaq.

11) Hər ikiniz üçün eyni şeyi ifadə edən sözlər əldə edin. Bütöv ay, dondurma, şəkərləmə, qırmızı və s. kimi. Bu sözlər sizin üçün normal mənalarının xaricində ikinci bir məna daşıyır olmalı. Beləcə kimsənin bilmədiyi, yalnız ikinizə aid ortaq bir diliniz olacaq. Bir müzakirədə və ya danışma əsnasında duyğularınızı uzun uzandıya ifadə etmək yerinə bunlardan birini söyləməniz kafi olar. Yoldaşınız o anda narahat olduğunuzu asanca anlayacaq, danışmağı başqa bir zamana təxirə salacaq.

12) Onunla əlaqədar gözəl şeylər düşündüyünüzdə, ona, bunu söyləyin. Dərhal söyləyin! Gözəl sözlər və iltifatlar, sizin əlaqə bankınızdakı ən vacib sərmayənizdir.

13) Aşiq olmaq həyatdakı ən gözəl mükafatdır. Bundan daha yaxşı olansa artıq həyatın çətinliklərinə qarşı tək başınıza deyil, cüt olaraq dayana bilmə hissidir. Bu sözü unutmayın və hər nə olursa olsun daim onun yanında olduğunuzu bilməsini təmin edin.

14) Anlaşılmazlıqlarınız ola bilər. Əhəmiyyətli olan anlaşılmazlıqların varlığı deyil, onları həll edərkən əlaqənizi ən az köhnəldəcək üsulu tətbiqinizdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!