Hər bir qayınana fərqlidir

Hər bir qayınana fərqlidir
Evlilik
10.09.2017 19
Şikayətçi qayınana. Gəlin hər nə etsə də, qayınana narazı olur, gəlinin hər hərəkətinə görə şikayətlənir.

İdarə edən qayınana. O, ailəsində bütün problemləri özü həll etməyə adət edib. Belə qadın gəlin gəlməmişdən əvvəl evini hər zaman ideal təmiz saxlayıb, ailəsinin peşəkar aşbazı olub, ailənin bütün qayğılarını çəkib. Belə qayınana ilə bir evdə yola getmək üçün yalnız onun dedikləri ilə hesablaşmaq lazımdır. Gəlin onunla yaşayaraq müstəqil qərar verə bilməyəcək. Əgər gəlin sərbəstliyi sevən, üsyankar xasiyyətlidirsə, belə qayınana ilə yola gedə bilməyəcək.

Günahlandıran qayınana. Belə qayınanalar, hər zaman öz oğluna xatırladır ki, onu öz sağlamlığı bahasına dünyaya gətirib və böyüdüb. O, hər zaman gileylənir. Özünə daha çox diqqət və qayğı istəyir. Əksər hallarda onlar özləri gəlinlə münaqişə yaradır.

Eqoist qayınanalar. Onların həyatda yeganə sevinci sevimli oğludur. O, gəlini daxilən qəbul etmir. Çünki onun üçün etalon - o, özüdür. Bu tip qayınana ilə yola getmək çox çətindir. O, oğlunun qarşısında sizi pis vəziyyətdə görmək üçün hər bir şeyə əl atar.

Özünü qurban verən qayınana.
Elə tip qayınanalar var ki, özlərini oğluna görə qurban verirlər. Belələri yaxşı qayınana və uşaqcanlı nənələr olur. Gəlinini qızı kimi qəbul edir. Lakin o, gəlinə oğlunun müstəqil və ayrı yaşamasına yol verməyəcək. Hər zaman məsləhətlər verməyə çalışacaq.

Nazlı qayınana. Bəzi qayınanalar isə özlərini ərköyün balaca uşaq kimi aparırlar. Onlar çox qısqanc olur, oğlunun ona qarşı olan diqqətsizliyindən şikayətlənirlər. Belə tip qayınanaların yalnız oğlunun sevgisinə və qayğısına ehtiyacı var.

İdeal qayınana. Bu ana, əgər onun övladı xoşbəxtdirsə, o, da xoşbəxtdir. Gəlin onun sözünə, köməyinə güvənə bilər. Bu tip qayınanalar, oğlu həyat yoldaşı ilə mübahisə edibsə, mütləq gəlinin tərəfini tutacaq. Günahı isə oğlunda və öz tərbiyəsində görəcək. Bu cür ideal qayınanalar özünə qarşı olan cüzi diqqətə görə də ürəkdən sevinir.

Xeyirxah qayınanalar. Adətən belə qayınanalar özləri vaxtı ilə qayınanalarından pis münasibət görüblər. Bu səbəbdən də gəlinin də o əziyyəti çəkməsini istəmirlər. Onlar hər bir vəziyyətdə gəlinə kömək etməyə hazırdılar.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!