Günəşi görməyənlər

Günəşi görməyənlər
Hamiləlik
10.09.2017 109
Dünyada  hər  il 50-55 milyon körpə günəşi görmədən,ana bətnində qətlə yetirilir.
 Digər bir statistik məlumata diqqət edək. Londonda hər il 50 min abort həyata keçirilir. ABŞ-da 100 min, Kanadada 5 min döl 16 həftəliyindən sonra aborta məruz qalır. Rusiya abortların sayına görə öndə gedir.Burda il ərzində 4 million uşaq ana bətnində öldürülür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2008-ci ildə ölkədə 25 mindən artıq abort faktı (hamiləliyin süni surətdə pozulması) qeydə alınıb.Ginekoloqlar isə əslində bu rəqəmin daha çox olduğunu, abortların əksəriyyətinin qeydiyyata alınmadığını deyirlər.
 Rəsmi məlumatlara görə, hər il ölkəmizdə 33 min abort edilir . Bu rəqəm qeyri-rəsmi məlumatlara görə 150-200 min arası dəyişir.


 Saldırılmış körpələr kiçik olduqda  küçədəki zibil qutularına  atılır. Amma abort etdirilmiş döllər zibil qutularına yerləşməyəcək həddə böyük olduqda başqa yollara əl atılır.
 Kanadalı bir fotoloq deyir: "Abort edilmiş körpənin məhvi üçün əksər xəstəxanalarda xüsusi sobalardan istifadə edilir. Amma dölləri zibil qablarına da atmaq olar. Çünki zibil maşınlarında olan doğrayıcı qurğular onları məhv etməyə qadirdir.”.
  Bu sobalar iki növdür. Onlardan bir növü 20-30 kq. insan cəsədini üç saata məhv edir.


 1 - ci ay - Döl hələ çox kiçik olur. Onun uzunluğu 1 sm, çəkisi isə 1 qram olur.
2 - ci ay - Bu artıq balaca insandır və onun ağzını, burnunu, qulaqlarını seçmək olur. Uzunluğu 4 sm, çəkisi isə 4,5 qr. olur.
3 - cü ay - Bu müddətdə döl tez böyüyr, onu yaxşı görmək, hətta cinsini belə seçmək olar. Uzunluğu 9 sm, çəkisi isə 20 - 25 qr. olur.
4 - cü ay - Döl aktiv hərəkət edə bilir. Göz qapaqlarının, ovuclarının və pəncələrinin əzələ refleksləri, eləcə də udma refleksi formalaşır. Dölün uzunluğu 16 sm, çəkisi isə 75 - 100 qr. olur.
5 - ci ay - Birinci saçlar çıxır. Döl aktiv hərəkət edir, bunu bütün qadınlar hiss edir. Dölün uzunluğu 25 sm, çəkisi isə 250 - 300 qr. olur.
6 - cı ay - Dölün çəkisi ikiqat artır. Əgər indiyə kimi dölün başı bədənindən çox böyük idisə, indi onların fərqi azalır. Dölün uzunluğu 30 sm, çəkisi isə600 - 650 qr.olur.
7 - ci ay - Doğulan uşaq normal inkişaf etdikdə və müasir təbabətin köməyi ilə sağ qala bilər. Onun dərisi quru və yığışmış, ağ ciyərləri zəif olur, bu da nəfəs almanı çətinləşdirir. Dölün uzunluğu 35 sm-ə çatır, çəkisi isə 1100 - 1200 qr. olur.
8 - ci ay - Döl çəkisini artırmaqda davam edir. Oğlanlarda yumurtacıqlar qarın boşluğundan xayalığa düşür. Dölün uzunluğu 40 sm, çəkisi isə 1500 - 1700 qr. - a çatır.
9 - cu ay - Dırnaqlar uzanır, başda saçlar daha sıx olur. Dölün uzunluğu 45 sm, çəkisi isə 2200 - 2600 qr. olur.
10 - cu ay - Döl artıq tam inkişaf etmiş olur. Onun uzunluğu 50 sm, çəkisi isə 3000 - 3500 qr. olur.


 Qadınlardan  10-12%-də abort  sonradan sonsuzluqla nəticələnən xroniki xəstəliklərə təkan verir. Mamalıq və ginekologiya klinikalarının məlumatına  görə  boru və ikinci sonsuzluq problemləri ilə müraciət edən hər 1040 qadından 594-ü bunu abort sonrası qazanıb. 60% qadında abort psixoloji sarsıntıar və depressiyaya gətirir.


Bəzi ölkələrdə isə döldən kosmetik vasitələrin hazırlanması üçün də istifadə olunur. Kalqari universitetinin professoru Kris Betli daha "ziyalıcasına” düşünərək təklif etmişdir ki, kosmetikada istifadəyə yararlı döl yağlarını sobalarda yandırmaq, zibil qutularına atmaq heyifdir. O təklif edir ki, bu döllər parfümeriya şirkətlərinə satılsın və onlardan "daha səmərəli” istifadə edilsin. Professor deyir: "Mən kifayət qədər böyük döl abort etmişəm. Bir halda ki onlardan istifadə etmək olar nəyə görə məhv  edib, yararlanmayaq sobalarda ...


 ABŞ-ın sabiq prezidentləri Ronald Reyqan və Corc Buş aborta qarşı olmuş və ona qadağa qoymağa cəhd göstərmişlər.
 1997-ci ilin yanvarında Klintonun ikinci dəfə prezidentlik andı içəcəyi gün abort klinikası qarşısında baş vermiş partlayış amerikalıların aborta münasibətinin göstəricisi kimi səciyyələndirilə bilər.


 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!