Hamiləlikdə kariyera və işləmək

Hamiləlikdə kariyera və işləmək
Hamiləlik
10.09.2017 26
 
     Əgər sağlam və normal bir hamiləlik keçirirsinizsə və iş mühitiniz sağlamlığınızı təhdid edəcək şəkildə deyilsə işə davam etmənizdə heç bir qorxu yoxdur. 
Üstəlik həyatınıza normal bir şəkildə davam etmək mənəvi sağlamlığınız üçün faydalı olar. Əlbəttə kiçik tədbirlər almaq və diqqətli olmaq şərtiylə.
Ana namizədlərinin 90%ı, hamiləlikləri əsnasında ürək bulanması yaşayarlar. Bulanma və qusma sizi yolda və iş yerində də tuta bilər. Xüsusilə böyük şəhərlərdə yaşayır və iş yerinizə çatmaq üçün uzun bir yol qət etmək məcburiyyətində qalırsınızsa tədbirli olmaqda fayda var. Yanına yaş dəsmal, salfet, paket və odekolon kimi vəsaitləri və kiçik bir şüşə su almağa laqeyd yanaşmayın. Yola qətiliklə aç çıxmayın. Bir şey atıştırmaq bulanmanıza yaxşı gəlirsə çantanızda galeta, pendir-çörək kimi yeməklər saxlanın. 
Hamilə olduğunuzu iş yoldaşlarınıza açıqlamaq istəmirsinizsə, ürək bulanmalarınız və tualetdə keçirdiyiniz zamanlar üçün inandırıcı bəhanələr gətir: Qida zəhərlənməsi, soyuq qəbulunluğu, səhv dərman istifadəsi kimi. Dürüst olmaqda fayda vardır amma hamiləliyiniz müəyyən bir nöqtəyə gələnə qədər ətrafınızla paylaşmamaq da sizin ən təbii haqqınızdır.
Hamiləliyiniz haqqında danışmaq tamamilə sizin seçiminizə bağlı bir mövzudur. Heç şübhəsiz zamanı gəldiyində iş verəninizə vəziyyəti bildirməniz lazımlıdır lakin bunun xaricində vəziyyətinizi və hiss etdiklərini paylaşmaq sizə bağlıdır. İş yoldaşlarınız arasında kömək istəyə biləcəyiniz, danışa biləcəyiniz kəslərin olması üstünlükdür. Bəzi ana namizədləri isə hamiləliklərinin iş həyatındakı şəxsiyyətlərinin qabağına keçməsini istəməyə bilərlər. Bu vəziyyətlərdə görünüşünüzü də daha az gözə batar etməniz faydalı olar. Klassik bağban şalvar və ya robalı paltarlar kimi böyüyən göbəyinizi işarə edən geyimlər yerinə; iş həyatına daha uyğun pencək, şalvar və tunik  kimi hamilə geyimləri seçicinik lazımdır.
İş yerində diqqət yetirməniz lazım olanları qısaca yekunlaşdırmaq lazım olsa;
İşləyərkən özünüzü çox yormayın.
Masada oturarkən mümkünsə ayaqlarınızı yüksək bir yerə qoyun.
Rahat ayaqqabılar və geyimlər geyin.
Kompüterdə işləmək körpənizə zərər verməz, zərər verəcək olan səhv oturuş formasıdır.
Davamlı oturmayın, aralarda qalxıb gəzin və bədəninizi əsnədin.
Bol su üçün, neskafe və tünd çaylardan uzaq durun.
Lazım olduğunda yoldaşlarınızdan kömək istəməkdən çəkinməyin.
 
 
Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRL
 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!