İnkişafdan qalmış (donmuş) hamiləlik

İnkişafdan qalmış (donmuş) hamiləlik
Hamiləlik
10.09.2017 33
Donmuş və ya inkişafdan qalmış hamiləlik hamiləliyin sona qədər catdırılmaması halının bir növüdür. İlkin mayalanmadan sonra embrion uşaqlığa çataraq onun daxili qişasına yapışır - implantasiya olunur, lakin bir müddətdən sonra onun inkişafı dayanır. Tələf olmuş döl yumurtası uşaqlıq daxilindəcə parçalanaraq ananın qanına sorulur ki, bu da ananın zəhərlənməsinə (intoksikasiya) səbəb olur. Bu hal 4 həftədən artıq davam edərsə, ananın sağlamlığı, hətta həyatı üçün ciddi təhlükə yaranır.İnkişaf etməyən (donmuş) hamiləlik diaqnozu dəqiqləşərsə, heç bir halda özbaşına dölsalmanı gözləmək olmaz. Tələf olmuş dölu və onun bütün qişalarını uşaqlıq daxilindən dərhal xaric etmək lazımdır.İnkişaf etməyən və ya inkisafdan qalmış hamiləliklərin səbəbləri sona qədər aşkarlanmamışdır. İlk növbədə bu, uşaqda olan ciddi genetik pozğunluq nəticəsində ola bilər. Bundan başqa, erkən hamiləlik dövründə dölün tələf olmasına qadın cinsiyyət orqanlarının infeksion xəstəlikləri, alkoqollu içkilərin qəbul edilməsi, siqaret çəkmə, narkotik preparatlardan istifadə edilməsi və əlverişli olmayan ekoloji şərait də təkan verə bilər.Bir qayda olaraq, inkişaf etməyən (donmuş) hamiləlik ultrasəs müayinə zamanı aşkar edilir. Bu zaman dölün ölçüləri həqiqi hamiləlik müddətinə uyğun gəlmir və ya dölün ürək döyünməsi təyin edilmir.İnkişaf etməyən hamiləliyin hər bir halında müxtəlif müayinələr aparmaqla dölün tələf olması səbəblərinin aydınlaşdırılmasını tələb olunur. Həkimlər inkişaf etməyən hamiləlik halından sonra 6-12 ay ərzində növbəti hamiləlikdən qorunmağı tövsiyə edirlər.Bu müddət ərzində ciddi müayinələrdən keçmək, aşkar edilən xəstəlikləri müalicə etmək, səmərəli qidalanmaq, polivitaminlər qəbul etmək lazımdır. Bu dövrdə həkiminizlə, sizə daha çox uyğun gələn hamiləlik əleyhinə vasitələrin seçimində məsləhətləşin.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!