Hamiləliyin əlamətləri nələrdir?

Hamiləliyin əlamətləri nələrdir?
Hamiləlik
10.09.2017 73
Hamiləliyin ilkin əlamətləri aşağıdakılardır:1. Ən başlıca əlamət normal aybaşının bir ay gecikməsidir.2. Hamiləliyin ilk həftələrində qadının sinələri böyüyür və döş ucları yüngülcə ağrayır.3.Hamiləliyin ilk həftələrində sidik ifrazı artır.4. Səhərlər ürəkbulanma və qusma müşahidə olunur. Bu əlamət hamiləliyin ikinci ayında özünü göstərir. Hamiləlik irəlilədikcə toksikoz günün hər hansı bir saatında özünü göstərə bilər.5. Hamiləliyin daha irəliləmiş mərhələlərində qarın fərq ediləcək dərəcədə böyüməyə başlayır.6. Hamiləliyin dördüncü və beşinci aylarında körpə tərpənməyə başlayır.Bu əlamətlər hər zaman hamiləliyə dəlalət edir?Xeyir. Bu əlamətlərin bəziləri hormonal pozğunluq nəticəsində də meydana gələ bilər.Dəqiq hamiləlik diaqnozu nə zaman qoyula bilər? Təxminən ikinci aybaşı gəlmədiyi zaman, yəni hamiləliyin dörd ilə altıncı həftəsi arası həkim müayinəsində hamiləliyin baş verməsi təsdiq olunur. Birinci aybaşının gecikməsindən 1 həftə sonra evdə hər bir qadın hamiləlik testi edib hamilə olub olmamasını isbat edə bilər
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!