Doğuşdan sonrakı depressiya

Doğuşdan sonrakı depressiya
Hamiləlik
10.09.2017 24
 
Bəzən doğuşdan sonra qadını kədər hissi bürüyür, onun beyininə qaranlıq, hətta ağılsız fikirlər gəlir. Bu vəziyyət doğuşdan sonrakı depressiya adlanır.
Bu, qadın orqanizmində baş verən hormonal dəyişikliklərin və psixoloji durumun qeyri-stabilliyinin nəticəsidir. Doqquz aylıq gözləmə dövrü artıq geridə qalmışdır. Bu dövrdə qadın əsəbi gərginlik keçirmiş, qorxu içində yaşamışdır. Buna görə də qadın narahatdır, üzgündür, hər dəqiqə ağlamağa hazırdır.
Əgər depressiya doğum evində başlayıbsa, bu haqda həkimə demək lazımdır. O, bu vəziyyətdən çıxmağa yardımçı olacaq. Əgər evdə depressiyaya düşmüşsüzsə, gücünüz bərpa olunana qədər körpəyə qulluq etməkdə sizə yardımçı olan bir şəxsə ehtiyacınız olacaq.
Depressiya gözlənilmədən başlandığı kimi, gözlənilmədən də keçib gedir. Əgər bu vəziyyət 2 həftədən artıq çəkərsə və yuxusuzluq, iştahasızlıq, ümidsizlik, körpəyə qarşı aqressiv münasibətlə müşayiət olunarsa, həkimə müraciət edin!
 
Redakte etdi: PRETTY GİRL
 



 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!