Hamilə qadının səhhətinin qorunması

Hamilə qadının səhhətinin qorunması
Hamiləlik
10.09.2017 31
Hamilə qadınlara bütün növ isti prosedurlar (sauna, isti vanna), çox isti havada çimərlikdə olmaq məsləhət görülmür.
Ananın bədən hərarətinin artması dölün də hərarətinin artmasına səbəb olur ki, bu da onun orqanizmində mübadilə proseslərini pozaraq, infeksion xəstəliklər zamanı yüksək hərarətin təsiri kimi, onun mərkəzi sinir sisteminə mənfi təsir göstərir. İsti prosedurları ilıq duşlarla əvəz etmək məsləhət görülür. Hamilə qadınlara sintetik materialdan tikilmiş paltarların (xüsusən alt paltarlarının) geyilməsi məsləhət deyil. Belə geyimlər dəri tənəffüsünün və tərləmənin qarşısını alaraq qadın orqanizminə mənfi təsir göstərir. Belin dar kəmərlər və rezin vasitələrlə sıxılmasına yol verməmək, rezinli corab və qolfiləri geyinməkdən də çəkinmək lazımdır. Onlar damarları sıxaraq ayaqlarda qan dövranının pozulmasına səbəb olur. Nəticədə isə varikoz xəstəliyi inkişaf edə bilər. Məhz bu səbəbdən də hamilə qadınlara oturarkən bir ayağını digərinin üzərinə aşırmaq da məsləhət deyil. Hamilə qadınlara hündürdaban, həmçinin baldırı dar olan uzunboğaz çəkmələrin geyilməsi də qadağan olunmalıdır.
Gələcək analara təbii parçalardan (pambıq, kətan, yun) tikilmiş paltarlar, qarını saxlayan bandajlar və rahat ayaqqabılar geymək məsləhətdir.
Yuyucu tozların və təmizləyici maddələrin, həmçinin yüksəktezlikli elektrik sobaların (“mikrovolnovka”), kompüterin orqanizmə olan mənfi təsirləri sübut olunmasa da, həkimlər hamiləlik dövründə onlardan istifadə olunmasını məhdudlaşdırmağı məsləhət görürlər.
Bundan başqa ağır yüklər qaldırmaq, əyilmiş vəziyyətdə iş görmək, ayaq tikiş maşını ilə tikmək, vibrasiyalara (titrəmə) məruz qalmaq da qadağan edilir.
Hamiləlik zamanı oksigenə tələbat artır. Ona görə də gün ərzində 2 saatdan az olmamaqla, nəqliyyatın və səs-küyün intensiv olmadığı ərazilərdə, parklarda və digər yerlərdə gəzmək vacib qaydalardan hesab olunur.
Hamilə qadın gün ərzində 10 saatdan az olmayaraq yatmalıdır. Bu dövrdə yuxugətirici dərmanların qəbul edilməsi yolverilməzdir.
Hamiləliyin 7-ci ayından sonra istənilən nəqliyyat növü ilə uzun səfərlərdən çəkinmək, doğuş yerinə yaxın olmaq vacibdir.
 
Redakte etdi: PRETTY GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!