Ana olmadan əvvəl bunları bilməlisiniz.

Ana olmadan əvvəl bunları bilməlisiniz.
Hamiləlik
10.09.2017 8
1. Öz həyatınızı heç olmasa müəyyən bir müddət başqasına görə planlaya biləcək qədər eqoizminizi yox etməyi öyrənməlisiniz. Həyata ehtimalınız olan böhranlara hazır olmanızda fayda var.
2. Yuxusuz gecələr sizi gözləyir. Şansınız varsa körpəniz gecə yatıb gündüz oyanar amma ilk zamanlar bir neçə saat arayla əmizdirməniz lazım olacaq. Yuxusuzluqla baş etmənin yollarını öyrənməlisiniz.
3. Dərmana gərək qalmadan sirkə ilə də qızdırma salına biləcəyi kimi sadə və praktik məlumatlara ehtiyacınız olacaq. Ailə böyükləriniz bu təcrübə üçün biçilmiş xalat.
4. Özünüzü hazır yeməklərə alışdırmış ola bilərsiniz amma körpəniz təbii qidaları daha çox sevəcək. Buda ilk çətinlikli tapşırıq: Evdə körpə maması necə edilər?
5. Genetik quruluşunuza görə dəyişə bilməklə birlikdə hansı doğum şəklini seçsəniz seçin, bədəninizdə dəyişmələr yaşayacaqsınız. Əmizdirmə ilə bu dəyişmə bir az daha artacaq. Ancaq bütün bunların nizamlı məşqlə ya da estetik əməliyyatlarla tarixə basdırılacağını unutmayın.
6. Hər zamankindən daha enerjili olmanın yolları kəşf etməlisiniz. Bədəninizin müqavimətini artıracaq bəslənmə, idman, iş şərtləri kimi faktorları yaxşı dartmaq lazımdır.
7. Cinsi həyatınızın təxirə  düşəcəyini təxmin etmək çətin olmasa gərək. Ona görə doğru zamanda fürsət yaratmağı öyrənməlisiniz. Bunun üçün fərqli məkanlar, mövqelər və eşqbazlıq tətil proqramlarına ehtiyacınız ola bilər.
8. Bu yaşa qədər öyrənmədinizsə, səbr etməyi öyrənməniz lazım olacaq.
9. Həmçinin hələ hirsinizi nəzarət etməyi öyrənmədinizsə, bunu bacarmanın vaxtı gəldi. Artıq yogamı edərsiniz, meditasyonmu yoxsa psixoloq köməyimi alırsınız, ona siz qərar verin.
10. Uşaq baxımının xərci çox. Ona görə indidən cibinizdəki pula görə xərcləmə etməyi hətta qənaət etməyi öyrənməlisiniz. Çünki evdəki hesab heç bir zaman bazara uyğun gəlməz.
11. İndidən öyrənin də sonradan gözü dönmüş, yanlış fikirli analara çevrilməyin: Körpəniz böyüyənə qədər tez-tez xəstələnəcək hətta bəzi normal vəziyyətləri xəstəlik sanacaqsınız.Həkimlərinizə güvənib lazımlı testləri etdirmək, rahatlamaq üçün ən ideal yol.
12. Hamilə qalmadan əvvəl edilməsi lazım olan testlər və ideal sağlamlıq şərtləri haqqında kafi məlumat sahibi olmalısınız. Həyatda "kaş ki"lərə yer yox məlum məsələdir.
13. İşləyirsinizsə, ictimai haqqlarınızı yaxşıca araşdırmalı, məzuniyyətinizi hesaba qatmalısınız. Doğum etdikdən sonra neçə  müddət daha körpənizlə qala biləcəyinizi bilməli, bu müddətdə baxımıyla maraqlanacaq adamla razılaşmalısınız.
14. Mövzu uşağınız olduğunda ətrafınızdakılara həddindən artıq reaksiyalar verə bilərsiniz. Duyğularınızı dengelemeyi öyrənməlisiniz.
 15. Uşağınız hər nə qədər sizin bir parçanız da olsa müəyyən bir müddət sonra onun sizdən müstəqil bir fərd olacağını və sizdən fərqli düşünəcəyini indidən qəbul etmək, faydanıza olacaq. Sonra "bəslə qarğanı oysun gözünü" kimi gərəksiz ağrılara özünüzü sürüməmiş olarsınız.
Tərcümə etdi: Aytən Mələkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!