Hamilə Qala Bilmirsiniz?

Hamilə Qala Bilmirsiniz?
Hamiləlik
10.09.2017 129
 Nə üçün hamilə qala bilmirəm?
Uzun zamandır ki, hamilə qalmağa çalışırsıznız və
uğursuz olur. Artıq özünüzə sual verirsiniz  ki, problem nədir? Axı nə
qaydasında deyil? Nə etməliyəm? Bu kimi suallar sizi narahat edir. İndi
isə uzun zamandır hamilə qalmağa çalışıb uğursuzluqla qarşılaşan
cütlüklərin bu suallarına cavab verək.
Uzun zaman cəhd edib, lakin hamilə qala bilməyən insanların ilk
düşündükləri sonsuzluqdur. Sonsuzluq və onun səbəblərini Sonsuzluq
bölməsində ətraflı izah etdik. Lakin, burada da qısa demək lazım
gələrsə, bir illik qorunmasın cinsi əlaqə nəticəsində hamiləlik əldə
edilməyibsə sonsuzluq ilk sonsuzluğun əlamətləridir. əlbəttə, yaşınız
35-dən yuxarıdırsa bu müddəti 6 ay olaraq nəzərdə tutun.

Nə zaman həkimə müraciət etməliyəm?
Yuxarıda da qeyd etdiyimiz kimi yaşınız 35-dən aşağıdırsa və bir
illik sınaq nəticəsində hamilə qala bilməmişsinizsə, həkimə müraciət
etməyinizi tövsiyə edirik. əlbəttə ki, uşaq dünyaya gətirməyinizə mənfi
təsir edən probleminiz  və ya bundan əvvəl keçirdiyiniz xəstəlik olubsa
bu müddəti gözləmədən həkimə müraciət etməlisiniz. Aşağıda qeyd
etdiyimiz problemlərdən hər hansı biri sizdə varsa mütləq həkimə
müraciət edin:

Aybaşı pozğunluğunuz varmı?
Aybaşınızda olan pozğunluq ilkin sonsuzluq göstəricilərindən biridir.
Aybaşınız 24 gündən az və ya 35 gündən artıq müddətdə təkrarlanırsa bu
qaydasız siklus mayalanma ilə bağlı problemlərin ən mühümüdür. Bu halda
vaxt itirmədən həkimə müraciət etməlisiniz.

Aybaşı qanaxmaları nə qədər olur, qanaxma zamanı laxtalanma olurmu?
Normal aybaşı qanaxması 3-7 gün arasıdır. Lakin, aybaşı qanaxması çox
az olursa və ya lap çox olursa həkimə müraciət etməlisiniz. Yenə aybaşı
qanaxmaları hər ay rəng, müddət və çoxluq baxımından fərqli olursa və
qanaxmalar zamanı ağır qıc olma baş verirsə bu dünyaya uşaq gətirməklə
bağlı probleminiz ola biləcəyini göstərir.

Neçə yaşınız var?

Bundan əvvəl də qeyd etdiyimiz kimi hamilə qalmaq üçün ən mühüm
faktorlardan biri yaş faktorudur. Əgər, yaşınız 35-dən yuxarıdırsa bu
zaman daha gənc qadınlarla müqayisədə hamiləlik şansınız aşağı olar.
Əgər yaşınız 35-dən yuxarıdırsa və 6 ay qorunmasız şəkildə cinsi əlaqədə
olmusunuz və hamilə qala bilməmisinizsə bu zaman həkimə müraciət
etməlisiniz.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!