Neçə Müddətə Hamilə Qala Bilərəm?

Neçə Müddətə Hamilə Qala Bilərəm?
Hamiləlik
10.09.2017 820
Demək olar ki, bütün cütlüklər övlad sahibi olmaq üçün sınaq
keçirməyə başladıqdan sonra nə qədər müddətdə hamilə qalacağını bilmək
istəyir. Hamiləlik gözlədikləri qədər qısa müddət içərisində əldə
edilmədikdə, digər hər kəsin bir neçə ay içərisində hamilə qaldığını
gördükdə  özlərində hər hansı bir problemin  olduğunu düşünürlər. İndi
isə gəlin baxaq görək hamiləlik normal halda neçə müddətə əldə edilə
bilər.

Almaniyada hamilə qalmağı qərarlaşdıran 346 qadın üzərində müşahidə
aparılmış  və 5 il sonra nəticələr toplanmışdır. Hamiləlik müddəti ilə
əlaqədar aparılan bu araşdırmanın nəticələri çox maraqlıdır.


Bir aylıq sınaq nəticəsində 38% qadın uğurla hamilə qalmışdır.
3 aylıq sınaq sonunda 68% qadın hamilə qalmışdır.
6 aylıq sınaq sonunda tam 81% qadın hamilə qala bilmişdir.
12 aylıq sınaq sonunda isə hamiləlik faizi tam olaraq 92% olmuşdur.
346 qadının 310-u sağlam şəkildə hamilə qalmağı bacarmışdır.
Bu sınaqlar nəticəsində yalnız 36 qadın hamilə qala bilməmişdir.
Araşdırmanın nəticəsi onu göstərmişdir ki, bir illik sınaq
nəticəsində hamilə qala bilmə nisbəti 92%-dir  və bu da yüksək
göstəricidir. Bununla belə, digər hamilə qala bilməyən 36 şəxsdən ibarət
qrup təxminən 36 ay içərisində hamilə qalmağı bacarmışdır.

Yuxarıda qeyd edildiyi kimi, ətrafımızdakı insanların bir neçə ay
içərisində hamilə qala bildiyini düşünmək əslində doğrudur, lakin bütün
hamiləlik müddətləri eyni deyildir. 6 aydır sınaqdan keçirirsiniz, lakin
nəticə əldə edə bilmirsinizsə qətiyyən ümidsizliyə qapılmayın, özünüzü
və həyat yoldaşınızı üzməyin və sınaqlara davam edin. əgər yaşınız
35-dən yuxarıdırsa və 6 aylıq sınaq müddətində hamilə qala
bilməmisinizsə mütəxəssis həkimə müraciət  edin. Aşkar bir probleminiz
və ya keçirdiyiniz mühüm xəstəlik varsa bu müddəti gözləmədən mütəxəssis
həkimə müraciət  edin.
[justify][/justify]
Bir sıra cütlük uzun müddət ümidlərini kəsməyərək gözləyir. Lakin,
unutmamaq lazımdır ki, sonsuzluğun müalicəsi gənc yaşlarda daha uğurlu
nəticələr verir. Yuxarı yaşlarda aparılan sonsuzluq müalicəsinin uğur
nisbəti çox yüksək olmur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!