Hamiləlik və Yaş

Hamiləlik və Yaş
Hamiləlik
10.09.2017 32
Günümüzdə yaşdan asılı olan sonsuzluq getdikcə artmışdır. Qadınların ən rahat hamilə qalma müddəti 20-30 yaş arasıdır. 30 yaşdan yuxarı, xüsusilə 35 yaşdan yuxarı qadınlarda yumurtaların inkişaf prosesinin pozulması ilə hamilə qalma şansı azalır, 40 yaşdan
yuxarı isə hamilə qalmaq şansı nəzərə çarpacaq dərəcədə azalır. Övlad
sahibi olmağı təxirə salmaq ən mühüm sonsuzluq səbəblərindən biridir.
Yuxarı yaşlarda bir sıra müalicələr uğursuz nəticələnir.
[/justify]
 Sonsuzluğa qarşı müalicə zamanı yaş faktoru hamilə qalma qabiliyyətinə təsir göstərir. 35 yaşdan yuxarı qadınlarda doğuş
qabiliyyəti artıq azalmağa başlayır. Nə qədər sağlam olmanıza və nə
qədər özünüzə diqqət etmənizə baxmayaraq bu azalma dəyişmir.
[justify]

Yaş ötdükcə yaşlanma ilə bağlı olaraq yumurtalıqlarda da
dəyişikliklər baş verir. Kişi orqanizmi bütün həyatı boyunca sperma
hazırlayır. Lakin, qadınlarda bu vəziyyət tamam başqadır. Qadınlar
yumurtalıqlarında sahib olduğu bütün yumurtalar ilə birlikdə dünyaya
gəlir. Anadan olarkən yumurtalarınızın sayı nə qədər olarsa olsun,
yeniyetmə yaşlarında bu say aşağı düşür. Məsələn, anadan olarkən
milyondan artıq yumurtanız var idisə, yeniyetmə yaşınızda bu rəqəm
300.000-ə düşür. Bu yumurtalardan yalnız 300-ü dünyaya uşaq gətirmə
prosesində lazım olur, yerdə qalanı isə atreziyaya məruz qalır. Atreziya
bu və ya digər səbəbdən asılı olmayaraq degenerasiya prosesidir.
Siqaret çəkmək bu prosesi xüsusilə sürətləndirir.
[/justify]
Şübhəsiz, hamilə qalmaq şansınız yalnız yaşınızdan
asılı deyildir. Doğuş qabiliyyətinə təsir edən bir sıra faktorlar
vardır. Gündəlik həyatınızda bir sıra davranış və ya həyat tərzi doğuş
qabiliyyətinə təsir edir. Bunlardan bəziləri aşağıda qeyd olunmuşdur:
[justify]

Siqaret çəkmək;
Spirtli içki qəbul etmək;
Artıq çəki (piylənmə);
Həddindən artıq arıqlıq;
Stressli həyat;
Kofein;
Əzələlərin inkişaf etdirilməsi zamanı istifadə edilən stereoidlər;
Cinsi yolla keçən xəstəliklər;
Ginekoloji xəstəliklər;
Səhhət problemləri.

və s. bir sıra faktorlar hamiləlik prosesini və şansınızı azaldır.
[/justify]
Kişilərdə yuxarı yaş və nəsil artırma qabiliyyəti
[justify]

Kişilərdə də yuxarı yaşla bağlı cinsi funksiyalarda dəyişikliklər baş
verir. Hər  nə qədər dəyişiklik olursa olsun kişilərdə ata olmağın yaşı
olmur. Günümüzdə 60 yaşlarında, 70 yaşlarında və hətta 80 yaşlarında
belə kişilər partnyorları ilə asanlıqla övlad sahibi ola bilər. yuxarı
yaşlarda kişilərin sperma hərəkətliliyi aşağı düşür və şəkli dəyişir.
Yuxarı yaşlarda xayalar kiçilir və yumşalır. Sağlam həyat tərzi keçirən
kişilərdə mühüm dəyişikliklər baş vermir.
[/justify]
Müalicə üsulları
[justify]

Sonsuzluq bir sıra yollarla müalicə edilə bilər.
Həkiminiz analizlərinizin nəticəsindən asılı olaraq həyata keçirəcəyi
müalicə üsulunu sizə izah edəcəkdir. Əlbəttə bu müalicələr 100% uğurlu
keçməyə bilər. xüsusilə də, yuxarı yaşlarda hamiləlik şansı daha aşağı
düşür. Sonsuzluq həm maddi cəhətdən, həm də mənəvi cəhətdən çətin
müalicədir. Bir  sıra ailə bu yüklərin altına girməyərək övladsız həyatı
seçirlər və ya övladlığa uşaq götürürlər.
[/justify]
Daşıyıcı analıq
[justify]

əgər yumurtalarınız hamiləlik üçün kifayət dərəcədə keyfiyyətli
deyilsə və ya yoxdursa, daşıyıcı analıq seçimi edə bilərsiniz. Daşıyıcı
analıq seçimi səhhət problemləri səbəbi ilə hamilə qalması qadağan olan
və ya uşaqlığın götürülməsi əməliyyatı keçirilmiş (histetoktomiya),
lakin hələ də yumurtaları mövcud olan qadınlar üçün seçim yoludur.
Daşıyıcı analığın mərhələləri aşağıdakılardır: partnyorunuzdan götürülən
sperma ilə sizdən götürülən yumurtalar mayalandırılaraq daşıyıcının
uşaqlığında yerləşdirilir. Daşıyıcı analıqda siz yalnız körpəni
bətninizdə daşımırsınız, lakin dünyaya gələcək körpənin valideynləri
sizsiniz.
[/justify]
Yumurta bağışlanması
[justify]

Yumurta bağışlanması üsulu başqa qadının bağışladığı yumurtalardan
istifadə edərək hamilə qalma üsuludur. Əgər yumurtalarınız sağlam
şəkildə əmələ gəlmirsə, yumurta bağışlanması üsulundan istifadə edə
bilərsiniz. Yaşınız yuxarıdırsa, xüsusilə yaşınız 40-dan yuxarıdırsa və
sonsuzluq üçün aldığınız müalicələr uğursuz keçibsə, və ya erkən
menopauza (klimaks) keçirmişsinizsə, bu zaman müalicə seçimləriniz çox
deyildir. Donor yumurtalarla hamilə qalmaq şansı çox yüksəkdir və
müalicə üsulu süni mayalanma üsulu ilə eynidir.
[/justify]
Unutmayın ki, hamiləlik şansı yumurtaların keyfiyyətindən asılıdır.
Yuxarı yaşlı qadınlarda hamiləliyə təsir edən ən mühüm faktor yumurtanın
keyfiyyətidir. Yumurta bağışlanması üsulu ilə yuxarı yaşlarda olsanız
belə sizə keyfiyyətli yumurta  köçürüləcəyi üçün hamiləlik şansı yüksək
olur.
[justify]

Övladlığa uşaq götürmək
[/justify]
[justify]
Bir çox yollara əl atmısınız və müalicələr uğursuz keçibsə və ya
sonsuzluğun müalicəsini düşünməyibsinizsə, övladlığa uşaq götürmək
yolunu seçə bilərsiniz.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!