Xarici hamiləlik

Xarici hamiləlik
Hamiləlik
10.09.2017 41
Xarici hamiləlik mayalanmış yumurtanın uşaqlıqdan kənarda hər hansı
bir yerdə yerləşərək böyüməyə başlamasıdır. Əsasən yerləşdikləri yer
borulardır. Digər yerlər isə yumurtalıqlar, uşaqlıq yolu, qarın daxili
və daha əvvəl kesar əməliyyatı ilə doğuş keçirən qadınların əməliyyat
nahiyyələridir. Xarici hamiləlik ana üçün həyati təhlükə kəsb edir. Bu
səbəblə dərhal cərrahi müdaxilə zərurəti meydana gəlir.

Xarici hamiləliyə səbəb olan faktorlar nələrdir?
[/justify]
-   Siqaret çəkmək;
[justify]

-   Yuxarı yaşlarda hamilə qalmaq;
[/justify]
-   Bundan əvvəl kesar əməliyyatı ilə doğuş keçirmək;
[justify]

-   Bundan əvvəl xarici hamiləlik yaşamaq;
[/justify]
-   Bundan əvvəl bətndaxili əməliyyat keçirmək;
[justify]

-   Sonsuzluğa qarşı müalicə almaq;
[/justify]
-   Cinsi yolla keçən xəstəlik keçirmək xarici hamiləliyə səbəb ola bilər.
[justify]

Xarici hamiləliyin göstəriciləri nədir?
[/justify]
Xarici hamiləliyin bir neçə göstəricisi vardır. İlk əvvəl xarici
hamiləliyin göstəriciləri müəyyən olunmur və normal hamiləlik kimi
aybaşı gecikməsi və digər şikayətlər meydana gəlir. Lakin, getdikcə
qarının aşağı hissəsinin alt  tərəfində ağrı başlayır və nizamsız
qanaxmalar başlayır.
[justify]

Boruların yırtılması və qarın boşluğunda qanaxmanın başlaması ilə
ağrılar şiddətlənir, təzyiqin düşməsi ilə əlaqədar baş gicəllənməsi və
ürək getməsi kimi hallar ola bilir.  Qan analizi və ultrasəs müayinəsi
ilə həkiminiz xarici hamiləliyi müəyyən edə bilər. Hamiləliyin uşaqlıqda
və ya kənarda olması ultrasəs müayinəsi vasitəsi ilə müəyyən edilir.
[/justify]
Xarici hamiləliyin müalicəsi necə həyata keçirilir?
[justify]

Xarici hamiləliyin göstəriciləri əvvəlcədən müəyyən edilərsə, yəni
boru yırtılaraq daxili qanaxma başlamazdan əvvəl diaqnoz qoyularsa, bu
zaman müxtəlif dərmanlarla bunun müalicəsi mümkündür. Xarici hamiləlik
irəliləmişdirsə cərrahi müdaxilə vasitəsi ilə müalicə olunmalıdır.
Cərrahi müdaxilə zamanı ya boru götürülür, ya da boru götürülmədən
içərisindəki xarici hamiləlik kisəsi çıxarılır. Beləliklə boru qorunmuş
sayılır.
[/justify]
Xarici hamiləlikdən sonra yenidən hamilə qalmaq mümkündürmü?
[justify]

Xarici hamiləlik keçirmiş qadın yenidən hamilə qala bilər. Lakin,
azda olsa yenidən xarici hamiləlik ehtimalı vardır. Əsasən, müalicədən
sonra boru açıq qalacaqdır və 60% nisbətində uşaq dünyaya gətirmə
şansınız olacaqdır. Bununla yanaşı, sonsuzluq testləri və müalicələri bu
nisbəti daha da artırır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!