Birdən Çox Hamiləlik (Əkizlər və Üçüzlər)

Birdən Çox Hamiləlik (Əkizlər və Üçüzlər)
Hamiləlik
10.09.2017 77
Günümüzdə köməkçi artma texnologiyalarının (sonsuzluq, süni mayalanma) inkişafı ilə bərabər birdən çox hamiləlik faizləri də artmışdır. Yuxarı yaşlarda, xüsusilə də, 30-dan yuxarı
yaşlarda bir çox hamiləlik ehtimalı daha çox  müşahidə edilir. Aparılan
araşdırmalara əsasən, qadın yuxarı yaşda sonsuzluğa qarşı müalicə alırsa
bir çox hamiləlik ehtimalı 4% nisbətində müşahidə
olunur. Bir övlad sahibi olmaq istəyərkən, iki və daha artıq övlad
sahibi olmaq əlbəttə ki, cütlüklər üçün çox  gözəl bir sürpriz olardı,
lakin birdən çox hamiləliyin həm hamiləlik üçün, həm dünyaya gələcək
körpələr üçün, həm də dölləri bətnində daşıyan ana üçün ciddi riskləri
vardır. Bu risklərə bir qədər nəzər salaq:

Birdən çox hamiləlik əsasən iki hissəyə bölünür. Bir yumurta əkizləri
və ayrı-ayrı yumurta əkizləri olmaqla iki növ birdən çox hamiləlik
vardır.
[/justify]
Bir yumurtadan olan əkizlər
[justify]

Adından da göründüyü kimi, bir yumurta və bir spermanın
mayalanmasından sonra bölünərək meydana gələn, xarici görünüşcə
bir-birinə çox oxşayan əkizlər dünyaya gəlir. Bu əkizlərə eyni
yumurtadan olan əkizlər deyilir. Eyni yumurtadan olan əkizlərin doğuş
faizi dünyanın heç yerində fərqli deyildir və bu nisbət orta hesabla
25%-dir.
[/justify]
Eyni yumurtadan olan əkizlərdə bir amniyon kisəsi və bir plesanta
vardır. Embrionların hər biri genetik cəhətdən eynidir, yəni əkizlərin
hər biri genetik cəhətdən eynidir. Aparılan araşdırmalara əsasən, xarici
görünüşləri və cinsləri hər zaman eyni olur. Hətta, IQ səviyyələri, qan
qrupları və demək olar ki, dünya görüşləri eyni olur. Müxtəlif təbiət
amilləri və fərqli qidalanma şəkilləri irəliləyən zamanlarda kiçik
dəyişikliklərə səbəb olur. Bir yumurtadan olan əkizlər genetik cəhətdən
eyni olur, lakin barmaq izləri fərqli olur. Barmaq izlərinin müxtəlif
olmasına baxmayaraq bir-birinə çox yaxındır.
[justify]

Müxtəlif yumurtadan olan əkizlər
[/justify]
Ayrı yumurtaların və ayrı spermaların ayrı-ayrılıqda mayalanması
nəticəsində dünyaya gələn əkiz uşaqlara müxtəlif yumurtadan olan əkizlər
deyilir. Bu zaman əkizlərin hər birinin öz plesentası və hər birinin öz
amniyo mayesi olur. Eyni yumurtadan olan əkizlərin əksi olaraq genetik
quruluşları fərqli olur. Müxtəlif yumurtadan olan əkizlər fərqli cinsdə
dünyaya gələ bilər və bir-birlərinə oxşamaya bilərlər. Eyni yumurtadan
olan əkizlərdən fərqli olaraq ayrı yumurtadan olan əkizlərdə daha çox
genetik problemlər meydana çıxır.
[justify]

Birdən çox hamiləlik ehtimalının səbəbləri


Ananın yaşı

Yaş artdıqca və hamiləlik sayı artdıqca birdən çox hamiləlik ehtimalı
da artır. 35-40 yaşlar arası 4 övlad və ya daha artıq övlada sahib olan
qadınlarda 20 yaşlarında olan qadınlara nisbətən birdən çox hamiləlik
ehtimalı 3 dəfə artıqdır. Yuxarı yaşlarda sonsuzluğa qarşı müalicə alan
qadınlarda birdən çox hamiləlik ehtimalı daha gənc yaşlı qadınlara
nisbətən yenə yüksəkdir.


Ananın fiziki xüsusiyyətləri

Uzun boylu və daha iri qadınlarda ayrı yumurtadan olan əkizlər xırda
sümüklü və zərif qadınlara nisbətən daha çox müşahidə olunur. Bu fiziki
xüsusiyyətlərdən əlavə qidalanmadan da asılı ola bilər. Məsələn, II
Dünya Müharibəsində Avropada qida çatışmazlığı səbəbi ilə ayrı
yumurtadan olan əkizlərin dünyaya gəlmə nisbəti aşağı düşmüşdür.


Doğum üçün olan dərmanlar və artma üçün müalicələr

Xüsusilə süni mayalanma müalicəsi zamanı istifadə olunan (mayalanma
müalicəsi və ya supervulyasiya üçün) doğum üçün olan dərmanlar birdən
çox hamiləlik ehtimalı artıran səbəblərdən biridir.
[/justify]
Birdən çox hamiləliyin qarşısının alınması
[justify]

İlk olaraq süni mayalanma müalicəsini həyata keçirən həkim müalicəni
həyata keçirdiyi laboratoriyanın hamiləlik nisbətini yaxşı bilməli,
laboratoriyanın embrion dondurma texnologiyasının uğurundan əmin olmalı
və embrionların qiymətləndirilməsi sahəsində mütəxəssis olmalıdır. Süni
mayalanma müalicəsindən əvvəl klinika seçərkən, klinikada əldə edilən
hamiləlik faizlərinə nəzər salarkən birdən çox hamilə olmaq nisbətinə də
nəzər salmaq görəcəyiniz ilkin tədbirlərdən biridir. Münasib üsullardan
istifadə edilərsə, embrion dondurularaq köçürüləcək embrion
məhdudlaşdırıla bilər və qalan embrionlar asanlıqla saxlanıla bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!