Hamiləlikdə stress keçirməyin

Hamiləlikdə stress keçirməyin
Hamiləlik
10.09.2017 41
Hamiləlik sırasındakı stress yalnız anaya deyil, doğulacaq körpəyədə də mənfi təsir edir.
Proceeding of the National Academy of Science jurnalında nəticələri iştirak edən beynəlxalq araşdırmaya görə, hamiləlik əsnasında ağır stress altında qalan qadınların uşaqlarının, telomerleri qısa olur.
Araşdırma, anası hamiləykən sıx stress yaşayanların telomerlerinin, yetkin yaşlarda, hamiləliyində ağır stress yaşamayanların uşaqlarına nisbətlə əhəmiyyətli ölçüdə qısa olduğunu göstərdi.
Xromosomların ucunu meydana gətirən DNT zülal kompleksləri olan telomerler, hüceyrələrin yaşını ortaya qoyur. Telomerin qısa olması, hüceyrələrin yaşlı olduğunu göstərir.
Araşdırmaya qatılan Alman psixoloq Dr. Robert Kumsta, ana hamiləliyində ağır stress altında qalanların hüceyrələrinin, ana hamiləliyində sıx stress yaşamamış olan yaşıdlarına nisbətlə 3,5 il daha yaşlı olduğunu ifadə etdi.
Daha əvvəl edilən araşdırmalar, hamiləlikdə ağır stressin doğan uşağın tip-2 diyabet xəstəsi olma ehtimalını artırdığını da göstərmişdi.
Tərcümə etdi: PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!