+++++++++Hamiləlikdə stress uşağın ömrünü qısaldır

+++++++++Hamiləlikdə stress uşağın ömrünü qısaldır
Hamiləlik
10.09.2017 58
Proceeding of the National Academy of Science jurnalında nəticələri iştirak edən beynəlxalq araşdırmaya görə, hamiləlik  əsnasında ağır stress altında qalan qadınların uşaqlarının, telomerleri qısa olur.      
Araşdırma, anası hamiləykən sıx stress yaşayanların telomerlərinin, yetkin yaşlarda, hamiləliyində ağır stress yaşamayanların uşaqlarına nisbətlə əhəmiyyətli ölçüdə qısa olduğunu göstərdi.       
Xromosomların ucunu meydana gətirən DNT zülal kompleksləri olan telomerlər, hüceyrələrin yaşını ortaya qoyur. Telomerin qısa olması, hüceyrələrin yaşlı olduğunu göstərir.
Araşdırmaya qatılan Alman psixoloq Dr. Robert Kumsta, anası hamiləliyində ağır stress altında qalanların hüceyrələrinin, anası hamiləliyində sıx stress yaşamamış olan yaşıdlarına nisbətlə 3,5 il daha yaşlı olduğunu ifadə etdi.      
Daha əvvəl edilən araşdırmalar, hamiləlikdə ağır stressin doğan uşağın tip-2 diyabet xəstəsi olma ehtimalını artırdığını da göstərmişdi.

Tərcümə etdi: PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!