Ana bətnində uşağın mimikası

Ana bətnində uşağın mimikası
Hamiləlik
10.09.2017 113
İngiltərədə Durham və Lancaster universitetlərindən elm adamları, doğulmamış körpələrin ağrıya bağlı üz ifadələrini ana qarınında 'sınaq etdiklərini' açıqladı.
Araşdırmaçılara görə, körpələr, doğumdan sonra ağlama ya da mimikalarla necə ünsiyyət quracaqlarını daha doğulmadan öyrənirlər.
Ultrason nəticələrini araşdıran elm adamları, körpələrdə üz hərəkətlərinin hamiləlik dövründə başladığını, bu hərəkətlərin gülümsəmədən daha kompleks qaş və burun hərəkətlərinə qədər dəyişiklik göstərdiyini təyin etdilər.
Araşdırma qrupunun başındakı Dr. Nadja Reissland, körpələrdə normal inkişaf müddətinin bu mərhələsini tam olaraq anlamanın, həkimlərə ola biləcək problemləri yoxlamada köməkçi olacağını söylədi.
Dr. Reissland, "Doğulmamış körpələrin ağrını hiss edib edə bilmədiklərini hələ bilmirik. Təyin olunan hərəkətlərin, özlərini necə hiss etdiklərinə bağlı olub-olmadığı da açıq deyil" dedi.
Araşdırma nəticələrini qiymətləndirən Dr. Reissland, üz hərəkətlərinin, hisslərdən çox beynin inkişafıyla əlaqədar olduğuna inandıqlarını söylədi.
Araşdırmada ana qarınındakı səkkiz qız və yeddi kişi körpənin dörd ölçülü ultrason qeydləri araşdırıldı.
Daha əvvəl edilən araşdırmalarda da, hələ doğulmamış sağlam körpələrdə üz hərəkətlərinin hamiləlik əsnasında başlayıb inkişaf etdiyi təyin olunmuşdu.
Dr. Nadja Reissland, Körpələrdə hiss etdikləri ağrını izah edə bilmə bacarığının böyük əhəmiyyət daşıdığını, doğumdan sonra hiss etdikləri çətinliyi ya da ağrını ancaq bu sayədə ifadə edə bildiklərini ifadə etdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!