Hamiləlik dövründə ana namizədlərinin ən çox qarşılaşdığı problemlər

Hamiləlik dövründə ana namizədlərinin ən çox qarşılaşdığı problemlər
Hamiləlik
10.09.2017 32
Hamiləlik Çatlaqları:
Hamiləlik dövründə dəri çox dartıldığından dəridə çatlaqlar meydana çıxa bilər. Həddindən artıq kilo almanın da təsiri olar. Hamiləlik çatlaqları nadir olaraq tamamilə keçər, əksəriyyəti incəcik gümüşü xətlərə çevrilərlər.
Göstəricilər:
Göbəkdə, qasıqlarda, məmələrdə qırmızı rəngdə çatlaqlar.
Nə Etməli?
- Sürətli kilo almaqdan qaçın.
- Dəriyə nəmləndirici çəkmək faydalı ola bilər, ancaq krem və məlhəmlər çatlaqların bağlanmasında işə yaramazlar.


Tərləmə:
Hamiləliyiniz səbəbi ilə bədəniniz də görülən hormon dəyişiklikləri və hamiləlikdəki dəriyə istiqamətli qan axınının artımı səbəbi ilə görülər.
Göstəricilər:
Evinizdə məşğul olacağınız kiçik işlər də belə  tərləmə görülə bilər, gecə yuxudan tərləmə səbəbi ilə belə oyana bilərsiniz.
Nə Etməli?
- Bədəninizin genişliyinə görə rahat, pambıqlı geyimlər geyin.
- Bol su için


Barmaq və Biləklərdə Şişmə:
Qadınların barmaqlarında, qıçlarında, ayaqlarında, əllərində şişmə görülməsi hamiləlik dövründə adi və normal bir şeydir. Bunun səbəbi bədənin artıqdan su tutmasıdır.
Göstəricilər:
Havaların istiləşmə dövründə hamiləsinizsə, bu ayaq, əl və biləklərdə şişməyə səbəb ola bilər.
Nə Etməli?
- Qıçlarınızı, əllərinizi və qollarınızı istirahət etdirin. Qıçlarınızı hündürdə tutaraq istirahət etdirməniz təklif edilər.
- Yüngül məşqlər edə bilərsiniz.


Göbələk:
Hamiləlikdə dəyişiklik göstərən hormonlarınız vaginal göbələyə yol aça bilər. Bu vəziyyətdə doğumdan əvvəl müalicə görməlisiniz, çünki göbələk körpəyə də zərər verə bilər.
Göstəricilər:
Vagin da həddindən artıq qaşıntı. Sidik axıntısı əsnasında yanma.
Nə Etməli?
- Müalicə görməniz lazımdır. Kremlər və ya vaginal həbləri həkiminiz təklif edə bilər.
- Təmizlikdə sabun istifadə etməyin.


Varis:
Hamiləliyiniz də çox kilo almanız və ailədə varisli insanların olması da sizdə də varis meydana gəlməsinə yol aça bilər. Ayaqda çox dayanma və ya qıçı qıç üstünə ataraq oturmaq da varis meydana gəlməsinə faktordur.
Əlamətləri:
Ayqlarda yaranan ağrı, qıç damarlarındaki şişginlik.
Nə Etməli?
- Varis corabı istifadə edə bilərsiniz.
- İstirahət edərkən ayaqlarınızın altına yastıq alaraq istirahət edin.
- Ayaqlarınıza nizamlı məşq etdirin.
/Mənbə:Qadınlar.biz/
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!