Hamiləlikdə mədə bulantısına qarşı məsləhətlər

Hamiləlikdə mədə bulantısına qarşı məsləhətlər
Hamiləlik
10.09.2017 22
Hamilə olduğunuzu davamlı sizə xatırladan mədə bulantılarına qarşı bu təkliflərə nəzər yetirin
Az və tez-tez yeyin
Gün boyu az və tez-tez yemək yediyiniz təqdirdə mədəniz əsla boş qalmaz. Bəzi qadınlar karbonhidratlı yeməklərin yaxşı təsir etdiyini desə də ekspertlərə görə yüksək səviyyədə zülal ehtiva edən qidalar mədə bulatısına qarşı daha təsirlidir.
Kiçik atışdırmalıqları yanınızdan ayırmayın
Əl altında mütləq kiçik atışdırmalıqlarınız olsun. Yatağınızın yanında da bir paket kraker qoyun və oyandığınızda yataqdan durmadan bir az yeyib 20 dəqiqə qədər gözləyin. Eyni şəkildə gecə yuxunuzdan mədəniz bulanaraq oyansanız bu üsulu təkrarlayın.
Yağlı qidanlardan uzaq durun
Yağlı qidanların həzmi daha uzun davam etdiyindən həzm sistemini narahat etməsi baş verə bilər. Yenə ədviyyatlı və turşulu qidanlardan uzaq dayanmaq lazımdır.
Otaq istiliyində qidanlar yeyin
Qidanların qoxusu və dadı da mədənizi bulandıra bilər. İstiykən daha çoxbir qoxu və aromaya sahib olduğundan qidaları otaq istiliyində və ya soyuq olaraq yemək təklif edilməkdədir.
Köməkçiniz zəncəfil
Zəncəfil, mədə bulantısına qarşı olduqca təsirlidir. İsti suya rəndələnmiş zəncəfili əlavə edin və yavaş yavaş qurtumlayaraq qəbul edin.
Vitaminlərinizi özünüzdən uzaqlaşdırmayın
Lazımlı bütün vitaminləri qəbul etdiyindən  əmin olun. Həkiminiz aşağı səviyyə dəmir ehtiva edən vitaminlər təklif edə bilər. Çünki dəmir həzmi olduqca çətin bir mineraldır.
Su qəbuluna əhəmiyyət verin
Yeməklə birlikdə su içdiyinizdə daha tez doyarsınız. Bu sayədə lazımsız yeməkdən xilas ola bilər və mədə bulantısının qarşısını ala bilərsiniz.
/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!