1ci həftə: Ana qarnında körpə inkişafı

1ci həftə: Ana qarnında körpə inkişafı
Hamiləlik
10.09.2017 21
Xalq arasında hamiləlik ayla ifadə edilər, həkimlər isə hamiləlik müddətini qiymətləndirərkən və ana qarnındakı körpənin inkişafını izləyərkən həftəni əsas götürürlər.

Əslində hamiləliyin başlanğıcı olan döllənmə, bu tarixdən təxminən 14 gün sonra olur. Ancaq vaxtın düzgün hesablanması üçün praktikada, son adət tarixi, hamiləliyin başladığı tarix olaraq qəbul edilir.

Ən son görülən adətin başladığı gün hamiləliyin başlanğıcı qəbul edildiyindən, ümumi hamiləlik müddəti təxminən 280 gün, yəni 40 həftədir.

1ci həftə: Ana qarnında körpə inkişafı

İlk həftədə bədəninizdə baş verən dəyişikliklər belə sıralana bilər. 2-3 ay əvvəl yumurtalıqda inkişafa başlayan bir qrup yumurta hüceyrəsindən, sürətli inkişaf göstərən təxminən 20 yumurta, ətraflarında maye dolu bir kisəciklə böyüyərək, öz aralarında bir yarışla döllənmə şansı olan ən böyük yumurta halına gəlməyə başlayarlar. Beyindən təkan bir mexanizm ilə ən böyük kist çatlayar və yumurta qarın boşluğuna atılar. İki adət qanamasının təxminən ortasına düşən bu dövr (adətin ilk günündən etibarən 10-18-ci günlər) qadının hamilə qalma şansının ən yüksək olduğu dövrdür.

Bu dövrdə hamiləlik planlaşdırmış bir cütlük bu günlərdə həddindən artıq və ya hər gün cinsi əlaqəyə çox vaxt ayırmalıdırlar. Bir adət dövründə hamiləlik əldə etmək şansı təxminən 20% olduğundan hamiləlik əldə edə bilməyən cütlüklərin, əhvallarını pozmadan bənzər bir cinsi əlaqə rejimini davam etdirməkləri məsləhət görülür.

Qarın boşluğuna atıldıqdan sonra şarlar tərəfindən tutulan yumurta təxminən 12-24 saat müddətində döllənməyə hazır gözləyər. Döllənmə olarsa (iki hüceyrənin birləşməsi ilə tək bir hüceyrə meydana gəlib çoxalmağa başlayır) hamiləliyin ilk mərhələsinə keçilər. Əgər mayalanma olmazsa yumurta ölər və bir sonrakı adət qanaması meydana gələr.

/Mənbə: Qadınlar.biz/скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!