Normal doğuşun faydaları nədir?

Normal doğuşun faydaları nədir?
Hamiləlik
10.09.2017 122
Doğuşdan əvvəl
qadınlar stress keçirir və qorxuya düşür. Doğuşun necə olmasına,
həkimlərlə yanaşı, bəzən cütlüklərin özləri də qərar verir. Bəzən isə
doğuş gözlənilmədən baş verir. Hər hansı problem yoxdursa, həkimlər hər
şey kimi uşağın da normal qayda ilə dünyaya gəlməsinin tərəfdarıdır.
Çünki normal doğuşun bir çox faydaları var. Adından başa düşüldüyü kimi
normal doğuş elə normal (digər adı vajinal) doğuşdur. Buna görə də
qeysəriyyə əməliyyatı ilə baş tutan doğuşdan daha üstündür, ana və körpə
üçün də faydalıdır. 




Normal doğuşun uşağa faydaları

Normal
doğuşla dünyaya gələn körpələrin tənəffüs sistemində əksərən heç bir
problem olmur. Bunun səbəbi uşağın doğuş kanalından keçərkən məruz
qaldığı təzyiqin ağciyərindəki amnion suyunun atılması kimi düşünülür. 
Körpənin
normal doğuş əsnasında doğuş kanalından keçərkən ağzı ilə təmas etdiyi
bakteriyaların immunitent sisteminin inkişafında faydalı rol oynadığı
güman edilir. 
Normal doğuşun yaxınlaşdığı ərəfədə uşaqda
meydana gələn hormonal dalğaların uşağın doğuşdan sonra ana ilə əlaqəni
qırmasında faydalı olduğu düşünülür. 
Normal doğuşda körpədə
ifraz olunan endorphin hormonu (xoşbəxtlik hormonu) uşağın kordon
qanında təsdiq olunub. Bu hormonlar uşağı xarici mühitə hazırlayır. 
Normal doğuşla dünyaya gələn körpələrin ana südünü daha yaxşı qəbul etdiyi təsdiq olunub. 
Normal
doğuşdan sonra ana ilə körpə arasında dəri təması daha sürətli və asan
başa gəlir. Bu təmas körpənin anaya bağlanması və inkişafı baxımdan çox
vacibdir. 
Normal doğuşla dünyaya gələn körpələr, qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələrdən daha az nəzarət altında saxlanılır. 

Normal doğuşun anaya faydaları 

Normal doğuşdan sonra ananın yaxşılaşması və gündəlik həyata dönmə sürəti çox qısa olur.
Normal
doğuşla dünya uşaq gətirən analar xəstəxandan daha tez çıxırlar. Bu həm
sağlamlıq, həm də maddiyyat baxımdan ailələr üçün daha münasnibdir. 
Normal doğuşla dünyaya uşaq gətirən analar böyük güvən və uğur əldə etdiyini hiss edir. 
Normal
doğuş nəticəsində dünyasını dəyişən anaların sayı, qeysəriyyə
nəticəsində dünyasını dəyişən anaların sayından daha azdır. 
Normal
doğuş edən ananın bətnində kəsik olmadığı üçün sonrakı doğuşunu da
normal yolla etmək şansı yaranır. Gələcəkdə baş verə biləcək qarın
əməliyyatları üçün heç bir risk almır. 
Normal doğuşdan sonra infeksiya və qanama kimi hallar daha az baş verir. 
Normal vajinal doğuş edən ananın doğumdan sonrakı ağrıları digər doğuş növünə görə daha az olur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!