Doğuşa gedərkən nəyi mütləq aparmaq lazımdır?

Doğuşa gedərkən nəyi mütləq aparmaq lazımdır?
Hamiləlik
10.09.2017 152
Doğuş çantası
hamilə qadınların bildiyi, amma hazırlaşarkən çətinlik çəkdiyi
prosesdir. Təcrübəsiz ana üçün nəyin lazım olduğunu, nəyin isə lazım
olmadığını qərar verməsi hətta 
stressə səbəb ola bilər. Doğuşa 2 həftə qalmış çantanızı hazırlaya bilərsiniz, bu gərginliyi azaltmağa kömək edəcək. 



Anaya xəstəxanada lazım olanlar 
Orta boy çamadan 
Mövsümə uyğun gecə geyimi. Rahat geyinilə bilən və əmizdirməyə uyğun olan 2-3 dəst tövsiyə edilir. 
Mövsümə uyğun xalat. Xüsusən də doğuşdan sonra gəzəndə rahat olması vacibdir. 
Rahat və ağır olmayan ayaqqabı
Uşağı əmizdirməyə rahatlıq yaradan 2-3 ədəd büsqalter yetərlidir. 
Ana
südünü artıran içkilər də doğuşdan sonra otaqda lazım olan əşyalar
sırasındadır. Həkimin məsləhər gördüyü çay, meyvə suyu kimi içkilər sizi
rahatlada bilər.
Əmizdirmə aləti kürək ağrılarının qarşısını alır. 
Hamiləlik corabları. Bu məhsul doğuşdan əvvəl və sonra istifadə edilə bilən alt geyimdir. 
Mövsümə uyğun olan corablar. 
Daraq, saç reizini
Doğuşun necə keçməsindən asılı olmayaraq bez mütləq lazım olacaq
Döşlər üçün xüsusi bezlər
Nəm salfet. Allergiyaya səbəb olmayacağından və spritsiz olmasından əmin olun 
Diş fırçası və məcunu 
Makiyaj
üçün yüngül kosmetik vasitələr. Ana olduqdan sonra qadınlar nə qədər
gözəl görünsə də, şəkillərdə daha yaxşı çıxmaq üçün 1-2 kosmetik vasitə
ala bilərsiniz. 
Fotoaparat, ya da video kamera
Təbrik üçün gələn qonaqlara konfet təklif edə bilərsiniz. 
Şəxsiyyət vəsiqəniz, siğotra kartı və digər lazım olan sənədlər. 



Uşağa lazım olanlar 
Xəstəxanadan çıxanda uşağı geyindirmək üçün körpəyə lazım olan hər şey: əlcək, corab və.s
3-4 dəst alt geyimi 
2 dəst önlük 
Bir qalın, bir də nazik ədyal 
Uşağın ağzını silmək üçün pambıqdan hazırlanan yumşaq salfetlər 
Uşaq bezi. Təzə doğulan körpələr ilk günlərdə 5-6 dəfə altına edəcək 
Uşaqlar üçün saç darağı. Daraq istəyə bağlıdır, amma saçı olan uşaqlar üçün çox lazımlıdır. 
Dəri üçün uşaq yağı, ya da kremi
2 cüt papaq, əlcək və corab 
Təzə doğulan uşaqlar üçün yaş salfet
Uşağı aparmaq üçün xüsusi yekişlər



Evdə lazım olanlar 
Uşaq vannası 
Vanna köpüyü 
Uşaq üçün süngər 
Uşaq şampunu və lasyonu 
Uşaq dəsmalı 
Göbək təmizləmə vasitələri 
Alt egyimləri 
Üst geyimləri 
Nəm salfetlər 
Burun təmizləmə vasitəsi 
Uşaq çantası 
Altını dəyişdirmək üçün örtük 
İsti su torbası 
Uşaq bezləri 
Uşağın sağlamlığına lazım olan kitab və jurnallarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!