Doğuşdan sonra seks: Təhlükə, yoxsa həzz?

Doğuşdan sonra seks: Təhlükə, yoxsa həzz?
Hamiləlik
10.09.2017 114
Doğuş qadın həyatının dönüş
nöqtələrindən biridir. Uşaq dünyaya gətirdikdən sonra yaşayacağınız
fiziki-mənəvi dəyişikliklər intim həyatınızdan da təsirsiz ötüşməyəcək.
Bəs doğuşdan sonra intim həyatda hər şey əvvəl olduğu kimi olacaq,
yoxsa..?Bununla bağlı bəzi bilgiləri təqdim edir
 
İlk həftələrdə seksə qarşı istəksizlik yaşayırsınız?
Doğuş sonrası seks istəyi müəyyən müddətə azala bilər. Bu, əsaəsn,
qadının psixoloji halıyla əlaqədar olur. Seks istəyi 12-ci həftədən
sonra əvvəlki vəziyyətinə dönür. Əslində doğuşun ilk həftələrində
müvəqqəti yaranan ağrılar kəsilənə kimi bir-birinizdən uzaq durmağınız
daha məsləhətlidir. Əks halda ağrılarınız arta bilər. Belə halda həkim
məsləhətilə müəyyən mazlardan istifadə edə bilərsiniz. Mütəxəssislərin
sözlərinə görə, cütlüklər doğuşdan sonrakı 3 ay ərzində ehtiyatlı
davranmalı, intim həyatı mümkün qədər az yaşamalıdırlar. Amma aranızda
seks olmasa belə, bunu problemə çevirmədən, sadəcə gözləyin. Həyat
yoldaşınızla aranızda olan hiss bağlılığını itirməməyə çalışın. Bu,
müvəqqəti problemdir. Ona hər şeyi izah edin və inanın, həyat yoldaşınız
bunu normal qəbul edəcək.
 
Sinə və seks
Yataqda aktiv pozalardan imtina edin. Əgər körpənizi ana südü ilə
yedirirsinizsə, seksdən əvvəl uşağınızı əmizdirin. Südün axması seksual
istəyinizi zəiflədə bilər.
 
Qorunma
Yeni ana olan xanımlara qorunmaq məsləhət görülür. Çünki, yeni ana
olmanız hamilə qalmaq ehtimalını azaltmır. Fasiləsiz doğuşun isə
orqanizmə böyük ziyanı var. Qeysəriyyə əməliyyatı ilə doğuş edən
qadınlar isə daha diqqətli olmalıdırlar. Normal tikiş yerlərinin bərpa
olunma müddəti 7-15 gün arasıdır. Ağır əməliyyatlar keçirən qadınlar isə
daha uzun müddət – 3-10 həftə müddətində intim həyatdan imtina
etməlidirlər.
 
Yeni ata olmuş kişilər – Diqqətli olun!
Təbii ki, yeni doğulmuş körpəniz sizinlə eyni otaqda yatacaq. Seks
zamanı onu başqa otağa keçirə və ya özünüz başqa otağa keçə bilərsiniz.
Körpənin oyaq olması məsləhət deyil. Sizə manə ola bilər. Aparılan
təcrübələr göstərir ki, doğuşdan sonra cütlüklər arasında cinsi istəyin
azalmasının əsas səbəblərindən biri yuxusuzluq problemidir.
İlk günlər bərabərlik yaşaya bilməsəniz də birlikdə vaxt keçirməyə,
xanımıza mənəvi dəstək olmağa çalışın. Körpənin doğumu əvvəlki intim
münasibətlərinizə təsir edəcəyini düşünürsünüzsə, xanımızla bu barədə
bölüşün. Çünki, o da sizinlə eyni fikirdə ola və bunu dilə gətirməyə
utana bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!