Qadınlar təbii doğuşdan buna görə imtina edir

Qadınlar təbii doğuşdan buna görə imtina edir
Hamiləlik
10.09.2017 355
Ana olacaq qadınların bir çoxunu normal doğuşun vaginalda
genişlənməyə səbəb olub-olmaması maraqlandırır. Normal doğuşun
qeysəriyyə əməliyyatından ağrılı və sancılı olmasına baxmayaraq,
qadınlar tərəfindən birinciyə daha çox üstünlük verilir.  Bəs normal
doğuş vaginalda genişlənmə və sallanmaya səbəb olurmu?


[/b]
[b]Qadinlar.Biz sayti qadınları maraqlandıran bu problemlə bağlı qadın
xəstəlikləri üzrə mütəxəssis professor Bülənt Tıraşın fikirlərini təqdim
edir.




- Ana olacaq qadının hər hansı bir sağlıq problemi yoxdursa,
qeysəriyyə əvəzinə normal doğuş daha yaxşıdır. Normal doğuşda ananın
köməyi, güc verməsilə uşaq daha asanlıqla və sağlam doğular.
Qeysəriyyədən  fərqli olaraq, normal doğuş həyata keçirən qadın daha tez
sağalır. Bəs qadınlar normal doğuşdan niyə qorxur? Bunun bir səbəbi
stress, digər səbəbi isə vaginalda genişlənmədir. Vaginalın genişlənməsi
doğuş zamanı dəliyin böyüməsi, uşağın gəliş şəkli və çəkisilə əlaqəli
olur. Bir müddət sonra vaginal bölgə yenə əvvəlki vəziyyətinə qayıdır.
Çox gücənmə və yaxud uşağın çəkisinin böyük olması vaginalda cırılmalara
səbəb ola bilər. Ancaq bunu da əməliyyatla aradan götürə bilərsiniz.
Gücənmələri azaltmaq üçün epidoral narkozdan istifadə etmək olar, bu,
vaginal sağlamlıq üçün də faydalıdır.



Vaginalda genişlənmə olur deyə qeysəriyyəni normal doğuşdan üstün
tutmaq düzgün deyil.  Normal doğuşdan sonra vagina mütləq olaraq əvvəlki
vəziyyətinə qayıdır. Bundan başqa normal doğuş ana və uşaq üçün daha
böyük üstünlükdür. Normal doğuşdan sonra süd vəziləri genişlənir və süd
hormonları artır. Həm də normal doğuş zamanı qadın analıq hissini duya
bilir. скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!