Qadınlarımız doğuşdan niyə qorxurlar?

Qadınlarımız doğuşdan niyə qorxurlar?
Hamiləlik
10.09.2017 40
Qadınların qaranlıq qorxusu, qapalı mühit qorxusu və bir sıra
qorxuları ilə yanaşı, doğuş qorxusu da var. Tibbdə tokofobiya adlanan
doğuş qorxusu ətrafda olan hadisələrin təsiri ilə yaranan narahatlıqdır.



Qadınlar.Biz
xəbər verir ki, son zamanlar ölkəmizdə doğuş zamanı baş verən ana
ölümləri hamilə qadınlarda müəyyən qorxuların yaranmasına səbəb olub.
Belə ki, qadınlar doğuşa girməkdən, xəstəxanaya həkim müayinəsinə
getməkdən qorxurlar. 27 yaşlı Nailə Əliyevanın sözlərinə görə, ikinci
övladına hamilədir. Ancaq deyir ki, son zaman baş verən doğuş zamanı ana
ölümləri ona rahatlıq vermir. "Son vaxtlar doğuş zamanı baş verən ana
və uşaq ölümləri mənə təsir edir. Heç vaxt düşünməzdim ki, mən də belə
xəbərlərdən qorxa bilərəm. İnanırsınız, gecələr qorxumdan yata bilmirəm.
Elə hey o günü düşünürəm. Artıq hamiləliyimin 7-ci ayındayam. Mənə elə
gəlir ki, doğuş zamanı öləcəyəm. Psixoloqa da müraciət etmişəm. Amma
xeyri yoxdur" deyən Nailə Əliyeva hər gününü narahatlıq içində
keçirdiyini bildirir.
Mütəxəssislər hesab edirlər ki, hamilə
qadınlarda belə düşüncələr əsasən irsən və ya sonradan qazanılmış olur.
Yaşanılan ölkənin ictimai və mədəni quruluşu, anadan qızına keçən doğum
etmə qorxusu - tokofobiya nəsildən-nəslə keçə bilir. "Tokos" yunanca
doğum, fobiya isə qorxu deməkdir. Belə narahatlığı olan qadınlar doğuş
zamanı çox ağrı çəkməkdən, ölməkdən qorxarlar.
Psixoloq Aidə
Ramazanlının sözlərinə görə, belə qadınlar həkimlərinə və özlərinə
inanmaz, doğuş zamanı körpəyə bir şey olacağından qorxu keçirərlər.
"Eyni zamanda, doğa bilməmək qorxusu, körpəni dünyaya gətirdikdən sonra
baxa bilməmək qorxusu qadınları abort etdirməyə, narkotik və ya alkoqol
aludəçisinə çevirə bilər. Uşaqlığında cinsi zorakılığa uğramış
qadınların tokofobik olma ehtimalları da olduqca yüksəkdir".
Tokofobiyası
olan qadınlar, normal doğuş keçirsələr də, illərlə doğum anlarını
unutmaz, o anları düşündükcə narahatlıq keçirərlər. "Əslinə baxsanız,
ilk doğuşuna hazırlaşan bir çox qadın nə ilə qarşılaşacağını bilmədiyi
üçün bir azca qorxa bilər, amma hər bir qadın doğuşun təbii bir hadisə
olduğunu bilməlidir".
Mütəxəssislərin fikrincə, tokofobiya 3
səviyyədə özünü büruzə verə bilir. Birinci səviyyədə qadın hamilə
qalmadan əvvəl doğmaqla bağlı qorxulara malik olur. Bu qorxular uşaqlıq
və yetkinlik yaşlarında formalaşır. Ölkəmizin vəziyyətini nəzərə alsaq,
bütün qadınların tokofobiyalı olduğuna şübhə etmərik. "İkinci səviyyədə
tokofobiyanı isə birinci uşağında ağrılar çəkmiş, zədələr almış, uşağı
ölü doğulmuş qadınlar yaşayır. Tokofobiya, doğuşdan sonra depressiyaya
səbəb olub, ciddi yuxu pozuntusu da yarada bilər".
Həmsöhbətimizə görə, üçüncü səviyyə tokofobiya depresif xəstəliklər zəminində inkişaf edən doğum qorxusudur.
"Hamilə
qadınlar, heç bir tibbi ehtiyac olmadığı halda doğuşdan qorxduğu üçün
qeysəriyyə əməliyyatına üstünlük verməyə can atırlar. Bu da çox zaman
daha ağırılı nəticələrə gətirib çıxarır".
Psixoloqun sözlərinə
görə, doğuş qorxusunu aradan qaldırmaq üçün doğuşun fiziologiyası,
psixologiyası, doğum dalğalarını idarəetməni əldə saxlamaq üçün
məlumatlanmaq lazımdır. "Əgər qorxularınız keçmirsə, psixoloqa müraciət
edə bilərsiniz. Psixoterapiya bu qorxularınızı aradan qaldıra bilər.
Bütün bunlarla yanaşı, pozitiv olmaq, yaxşı düşünmək lazımdır. Pis
düşüncələri özünüzdən kənarlaşdırın. Körpənizin qarnınızda sağlam bir
şəkildə böyüdüyünü və sağlam, asanlıqla su kimi doğulduğunu xəyal edin.
Nəfəs məşqləri və nizamlı idman bədəninizi rahatlaşdıracaq. Rahatlamış
bir bədən sizi, rahatlamış bir ruha qovuşdurar. Hamilə qadın görən digər
ana olmuş qadınlar, öz doğuş hekayələrini əsgərlik xatirəsi kimi ən acı
şəkildə danışırlar, çalışın dinləməyin. Hər qadının doğumu özünəxasdır,
unutmayın. Hər şeydən əvvəl özünüzə, bədəninizə, körpənizə güvənin.
Doğuşu siz edəcəksiniz, həkim yox".скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!