Hamiləliyin üçüncü həftəsi

Hamiləliyin üçüncü həftəsi
Hamiləlik
10.09.2017 86
Qadın
Bu həftə əsas məsələ həll olunacaq –
hamiləlik baş tutacaqmı, yoxsa, yox? Sizdə ovulyasiya baş vermişdir və
uşaqlıq borusunda yumurta hüceyrəsi mayalanmaya hazırdır. Ən cəld
spermatozoidlə rastlaşmanın tam zamanıdır. Bu görüş uğurlu olsa, özünüzü
təbrik edə bilərsiniz. Həftənin sonunda mayalanmış yumurta
uşaqlığınızın divarına yerləşəcək (implantasiya). Bəzi qadınlarda bu
mikroqanaxma ilə müşayiət olunur ki, narahatçılığa dəyməz. İmmun
sisteminizdə ilk dəyişikliklər təzahür edir – hamiləliyin ilkin
faktorları (ingiliscə–EPF) hazırlanır. Bu cism orqanizminizi
«aldatmaqda» mayalı yumurtaya yardım edir (məsələ burasındadır ki,
gələcək körpənizin genlərinin yarısı atasından alınmışdır və demək,
dölün zülalları sizin orqanizminiz üçün yaddır). Sizin immun
hüceyrələrinizlə dölün hüceyrələri arasında toqquşmanın baş verməməsi
üçün EPF lazımdır. Birinci həftənin tövsiyələri qüvvəsində qalır.
Gələcək uşaq
Yumurta
hüceyrələri və spermatozoid uşaqlıq borusunda görüşdü. Onların
qovuşmasından ziqota – gələcək uşağınızın ilk və ən önəmli toxuması
yarandı. Orqanizmin yerdə qalan 100000000000000 hüceyrəsi ziqotanın
yetirməsidir. Ziqota uşaqlıq borusundan uşaqlığınıza doğru irəliləyərək
bölünməyə başlayır. Mayalanmadan üç gün sonra rüşeym 32 hüceyrədən
ibarət olur və tut (giləmeyvə) formasını alır. Bu həftənin sonunda
hüceyrələrin sayı 250 ə çatır və 0,1  0,2 mm ölçüdə dairəni xatırladır.
İndi alimlər gələcək uşağınızı blastosista adlandırardılar.
Blastosista
sanki kiçik bir yuva düzəldərək uşaqlığın kiçik sahələrinin selikli
qişasını və digər toxumaları dağıdır və burada yerini rahatlayır. Bu
zaman «yuvanın» ətrafında mikroskopik qanaxmalar baş verir ki, bu barədə
az əvvəl danışıldı. Yerləşmə proesesi implantasiya adlanır.
İmplantasiya uğurlu alınmışsa, rüşeymin inkişafı yeni mərhələyə qədəm
qoyur – indi onun təchizatını yumurta hüceyrəsinin kasad qida maddəli
ambarı deyil, sizin orqan və sistemləriniz təmin edir.
Mayalanmadan
implantasiyayaqədərki dövrdə müxtəlif ziyanlı təsirlər hər şeyi dağıda
bilər və ya heç bir fəsad törətməz. Birinci halda rüşeym tələf olur,
ikinci halda zədələri aradan qaldırmaq üçün ehtiyat hissələri tapır
(gələcəkdə xoşəgəlməz hallar baş verməzsə, zədələrdən heç bir iz
qalmayacaq).



Spermatozoidlər yumurta hüceyrəsinə hücum edir.
Fantastik görünüşdür. Spermalar eyni vaxtda quyruqları ilə döyəcləyərək
yumurta hüceyrəsini saat əqrəbi istiqamətində fırlanmağa məcbur edir.
İçəriyə isə yalnız biri daxil olacaq.



Ziqota-spermatozoidin DNK-sı artıq yumurta hüceyrəsinin
daxilindədir. Tezliklə ata və ana taylarının genetik proqramlarının
qovuşması baş verəcək və hüceyrənin ilkin bölünməsi başlayacaq.



Mayalanmanın ilk günü. Yumurta hüceyrəsi ikiyə bölünüb.



Mayalanmanın ikinci günü. Bölünmə davam edir.




Mayalanmanın ikinci –üçüncü gününün başlanğıcı.
Blostomerlərin sayı səkkizə çatıb. Süni mayalanmada («sınaq şüşəsindən»
çıxan uşaq) qadının uşaqlığına məhz bu rüşeymdən yerləşdirilir.



Bu, blastosistadır. Tut giləmeyvəsinə bənzəyirmi?



Sxem. Blastosista uşaqlıq divarına yaxınlaşır.



Sxem. Blastosista selikli qişaya yerləşməyə (implantasiya) başlayır.



Sxem. İmplantasiya, demək olar ki, tamamlanmışdır.
Rüşeymin ətrafında, adətən, qansızma sahələri olur ki, bu da
mikroqanaxmalara gətirib çıxara bilər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!