Hamiləliyin dördüncü həftəsi

Hamiləliyin dördüncü həftəsi
Hamiləlik
10.09.2017 122
Qadın
Əgər əsassız əsəbilik, yorğunluq,
hiss edirsinizsə, süd vəzilərində şişkinlik, giləlrində qeyri –adi
həssaslıq varsa, demək, yumurtalığınızdakı sarı cism durmadan çalışır.
Bu onu göstərir ki, siz hamiləsiniz. Lakin qeyd etmək lazımdır ki, bu
kimi hallar növbəti aybaşıdan bir az əvvəl də baş verə bilər. Bu
hamiləlikdir, yoxsa, yox? Xoşbəxtlikdən bu sualları cavablandırmaq
mümkündür.
Bu həftə sizin orqanizminizdə yeni hormon  xorion
qonadotropin yaranır. Apreklərdə reseptsiz satılan xüsusi test –
sistemlərlə sidikdə bu hormonu müəyyən etmək olar. Ev şəraitində test
etmək çətin deyil, təlimata istinad etmək kifayətdir. Test müsbət nəticə
göstərirsə, demək siz hamiləsiniz. Daha yaxşı olar ki, bu testi
qarşıdakı həftə də keçirəsiniz, bu zaman xorion qonadotropinin səviyyəsi
artır.
Birinci həftənin tövsiyələri qüvvədə qalmaqdadır.
Unutmayın
ki, ilk 12 həftə gələcək uşağınızın inkişafında məsuliyyətli, kritik
dövrdür. Səhv etmək olmaz, bu sizə baha başa gələ bilər. Sizi narahat
edən bir şey varsa, mütəxəssisə müraciət edin.
Gələcək uşaq
Bu
həftə nə baş verirsə, döl üçün son dərəcə vacibdir. Bu zaman
rüşeymdənkənar orqanlar fəal şəkildə inkişaf etməyə başlayır. Bunların
sayı üçdür – horion, amnion və sarılıq kisəsi. Yəqin ki, bu sözlər sizə
çox az şey deyir. Lakin geniş insan auditoriyasına tanış olmayan bu
«təvazökar» orqanlarsız körpənin sonrakı inkişafı qeyri –mümkündür. Məhz
buna görə təbiət rüşeymin hüceyrələrinin inkişaf sürətini azaldıb,
bütöv bir həftəni həmin orqanların təcili «quraşdırılmasına» səfərbər
etmişdir.
Rüşeymdənkənar orqanların fəaliyyətini qısaca belə
təsnif etmək olar. Körpənin qidalanması, tənəffüsü, biokimyəvi dəstək və
hərtərəfli müdafiəsi. Xorion nəticədə ciftə, (aşağıya bax), amnion isə
döl kisəsinə çevrilir ki, bu barədə sonra danışılacaq.
Maraqlıdır
ki, bu orqanların yaranmasında ata genləri daha fəal çalışır, nəinki
ana genləri. Kişilərin əzəli –əbədi vəzifəsi – məsuliyyətini daşıdığı
kəslərin həyat və müdafiəsini təmin etmək, hətta, genetik tərzdə də
təzahür edir (ifadəli desək, spermatozoid tək hüceyrədən ibarət olsa da,
«özünü əsil kişi kimi aparır»).
Uşağınıza gəldikdə isə,
orqanizm, indi bir neçə təbəqədən ibarət dairəvi lövhəni xatırladır. Hər
bir təbəqə müxtəlif orqan və toxumaların yaradıcısı vəzifəsini daşıyır.
Amma bütün bunlar yaxın gələcəkdə baş verəcək.





Soldakı şəkil rüşeymin həftənin əvvəlindəki görünüşünü, sağdakı şəkil
isə 6 7 –gün ərzində baş verən dəyişiklikləri əks etdirir. Sizin
körpəniz göy rəngli şaquli zolağa bənzəyir.
Təsəvvür etmək çətindir ki, 9 aydan sonra
bu, insan olacaq, elə deyilmi?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!