Hamiləliyin beşinci həftəsi

Hamiləliyin beşinci həftəsi
Hamiləlik
10.09.2017 259
Qadın
Ötən həftə səhhətinizdə baş vermiş
dəyişikliklərə yeniləri əlavə oluna bilər: baş ağrıları, siyimə
hallarının çoxalması, yuxululuq, iştahın azalması, ürəkbulanma, hətta
qusma. Birdən –birə turşu və marinadlara meyl etmənizin səbəbi özünüzə
də bəlli olmaya bilər. Bütün bunlar hamiləliyin  erkən toksikozunun
əlamətləridir. Səbəb olrqanizminizdə baş verən hormonal
dəyişikliklərdir.
Ədalət naminə demək lazımdır ki, hamilə
qadınların çoxu bu əlamətlərin heç birini hiss etməyə bilər. Onlar
hamiləliyin erkən dövrünü xalq arasında  da uşağa –qalmanın əsas əlaməti
sayılan ürəkbulanma və qusma baş vermədən keçirəcəklər. Siz bu  «kiçik
sevinclərdən» məhrum olmusunuzsa, sizə yalnız həsəd aparmaq olar. Əgər
belə deyilsə, səbrli olun: 12 həftədən sonra rahatlayacaqsınız. Bəzi
qadınlar erkən toksikozu adi hal sayırlar və bunu diqqətə almırlar. Siz
də belə davranın. Lakin toksikoz sizi çox narahat edirsə, mütəxəssisə
müraciət edin və özünümüalicəyə qəti yol verməyin.
I-ci  həftənin tövsiyələri əvvəlki kimi aktualdir.
Gələcək uşaq
[b][/b]Bu
həftə rüşeym nəzərəçarpacaq dəyişikliklərə məruz qalır. Əvvala, onun
forması dəyişir – artıq körpə öncəki dairəvi lövhəyə bənzəmir, daha çox
1.5-2.5 mm –lik yaraşıqlı silindiri andırır. Həkimlər bu halda onu
embrion adlandırardılar.
Həftə ərzində qaraciyər və mədəaltı
vəzinin bünövrəsi qoyulacaq. Yuxarı tənəffüs yollarının – qırtlaq və
nəfəs yolunun, həmçinin ürəyin başlanğıcı da bu həftəyə düşür. Sinir
borucuğunun (hələlik yalnız orta hissələrdə) qovuşması (bağlanması) baş
verir. Sinir borucuğu mərkəzi sinir sisteminin təməlidir, buna görə də
onun vaxtında qapanması vacib məsələlərdən sayılır. Bu hadisədə qəbul
edilmiş fol turşusu (multivitaminlərin tərkibində və ayrılıqda) önəmli
rol oynayır.
Daha bir vacib hadisə: bu həftə embrionun
qonoblastları – oğlanın və ya qızın spermatozoid və ya yumurta
hüceyrələrinin sələfləri peyda olur. Başqa sözlə – körpəniz sizin
gələcək oğlan və ya qız nəvələrinizin ilkinliyini daşıyır! Təəccüblüdür,
elə deyilmi? Və bütün dünyada çox sevilən ecazkar oyuncağı – rus
matryoşkasını xatırladır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!