Hamiləliyin altıncı həftəsi

Hamiləliyin altıncı həftəsi
Hamiləlik
10.09.2017 218
Qadın
Əgər siz erkən toksikozun cazibəsindən
yan keçə bilməmisinzsə, artıq bu həftə ürəkbulanma güclənə bilər. Bəzi
qadınlar müxtəlif qoxulara qarşı dözümsüz olurlar, tüpürcək ifrazı
artır, «şişkin» süd vəziləri əlavə olaraq onların zaman zaman sancması
ilə narahatlıq doğura bilər. Yuxarıda qeyd edildiyi kimi, buna səbəb
orqanizmdə baş verən dəyişikliklərdir. Bütün bunlar körpənizin normal
inkişafı üçün münbit şəraitin yaradılmasına yönəlmişdir və xoş niyyət
daşıyır. Orqanizminizin hormonal mühitin dəyişməsinə belə reaksiya
verməsi, sadə dildə desək, «istehsalat məsrəfləridir».
Əhvalı pozan səbəblərin aradan qaldırılması mümkün olmadığı üçün bu vəziyyətə uyğunlaşmağa çalışın. Bir neçə xeyirli məsləhət:
• Hamilələr üçün vitamin preparatlarını qəbul etməkdə davam edin (ya da
indi başlayın) və bunu qusma baş verməyən saatlarda etməyə çalışın. Bu,
hər zaman toksikozu azaltmağa yardım etməsə də, dölü tələb olunan
miqdarda vitaminlərlə təmin edir.
• Az, lakin tez-tez (gün
ərzində 6-7 dəfə) yeməyə çalışın. İlk yeməyinizi hələ ayağa qalxmamış
yataqda yeyin, sonuncu qidanı yatmazdan bir az öncə qəbul edin. Müxtəlif
ərzaqlardan  dadın – ola bilsin ki, suxari və ya kreker, bəlkə kişmiş, 
ya krabli çipsilər öyümənizi azaldar.
• Maye qəbulu da
önəmlidir – meyvə şirəsi, mineral su, həmçinin meyvə ( qarpız, qovun,
xurma yaxud armud), ya da tərəvəz  (xiyar və pomidor  salatı və s.)
mayeyə olan tələbatınızı ödəyəcək. Qusmadan əziyyət çəkirsinizsə, bu
daha vacibdir, çünki bu zaman siz çoxlu miqdarda maye və duz
itirirsiniz.
• İstirahətə çox vaxt ayırın, erkən yatın və gec qalxın. Gün ərzində, xüsusən səhərlər ağır işlərdən çəkinin.
• Sizi qıcıqlandıran qoxulardan (dezodorant, ətirli su və digər
parfümeriya məhsullarından, qida qoxularından) və dadlardan uzaq durun.
Ailə
üzvləri – istəkləri məhdudlaşdırılsa da - bu məsələdə diqqətli
olmalıdırlar. Bəzi qadınlar təsdiq edirlər ki, səhərlər yaxşı diş məcunu
və ya saqqız ürəkbulanmanı azaldır. Siz də sınaqdan keçirin, bəlkə,
kömək etdi.
• Stresdən uzaq olun. Stresin səbəbini aradan
qaldırmaq mümkün deyilsə (məsələn, bu sizin işinizlə bağlı ola bilər),
psixoterapevtə müraciət edin. Bu, sizin psixi – emosional gərginliyinizi
azaldar və indiki vəziyyətinizə fərqli yanaşmanızı təmin edər.
Həmçinin, siz autotreninqin əsaslarına yiyələnə bilərsiniz ki, bu da
erkən toksikozla mübarizədə effektli silahdır.
• Bəzən Şərq
təbabəti də kömək edir. İynə ilə müalicə, barmaq akupunkturası
ürəkbulanma və qusmadan, başağrılarından, tüpürcək ifrazından (ptializm)
və erkən toksikozun digər təzahürlərindən xilas olmağa yardım edir. Bu
işdə diqqətli olun. Şərq təbabətinə üz tutduqda, mütəxəssislərin yüksək
professional səviyyəsinə əmin olmadan onları xidmətindən istifadə
etməyin. Təəssüf ki, tibb bazarı bu sahə ilə məşğul olan səriştəsiz
adamlarla doludur. Bu və ya digər qeyri – ənənəvi tibb mərkəzlərindən
istifadə etmiş qohum və dostlarınızdan məlumat toplayın. Həkiminizlə də
məsləhətləşin.
Dərmanlarla özünümüalicə qəti yolverilməzdir.
Yaxşı olar ki, əvvəlcə mütəxəssisə müraciət edəsiniz. Yaxşı həkim
problemlərinizin həlli üçün münasib yollar göstərəcək (gələcək
körpənizin maraqlarını nəzərə alaraq).
I-ci həftə üçün tövsiyələri unutmayın.
Gələcək uşaq
Bu həftə körpənizin orqanizmində xeyli möhtəşəm yeniliklər baş vermişdir. Lakin ən əsas iki xəbər var.
Birinci –onun ürəyi döyünür! Yaxşı ultrasəs skanerdə 4-6 mm –lik bədəndə yerləşmiş kiçik ürəyin yığılmasını sezmək olar.
İkinci
– sinir borucuğu tam qapanmışdır. Qəbul etdiyiniz fol turşusunun
(multivitaminlərin tərkibində və ayrılıqda) bu işdə az rolu olmayıb.
Bundan başqa əllərin və ayaqların, daxili qulağın ayrı –ayrı
hissələrinin və qırtlağın formalaşması başlayır. Cift (uşaq yeri)
durmadan inkişaf edir, bu xüsusi orqan gələcəkdə tənəffüs, qidalanma,
dölün müdafiəsi, həmçinin hormonların istehsalını təmin edəcək.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!