Hamiləliyin doqquzuncu həftəsi

Hamiləliyin doqquzuncu həftəsi
Hamiləlik
10.09.2017 84
Qadın
Yüksək yorğunluq, ürəkbulanma, bəzən başgicəllənmə keçməyə bilər. Söz yox   hamiləlik ağır işdir.

Sinənizə
baxın: dərialtı damarlar (mavi tor şəklində) aydın görünürsə, demək,
sizin qan damarlarınız genişlənmək üzrədir (adətən, bu problem daha gec
başlayır).

Mütəəssir olmayın – yaxşısı budur, damarların daha artıq genişlənməsinin qarşısını almaq üçün tədbir görəsiniz:
Süd vəzilərinizi daha yaxşı saxlayan büstqalter geyin;
Ağır şey qaldırmaqdan, qarın presinin artıq gərginliyə məruz qalmasından çəkinin;
Davamlı olaraq ayaqüstə durmaq və oturmaq yaramaz – gəzməyə üstünlük verin;
Uzun müddət uzanmısınızsa və ya oturmusunuzsa, ayaqlarınızı yüksəkdə saxlayın;
Xüsusi elastik corab və ya kolqotkaya ehtiyac olub – olmadığını həkimlə məsləhətləşin.

Bu
tədbirlər sanki aşağı ətrafların hərəkətini rahatlaşdırır və demək,
dərialtı damarları  da boşaldır. Vitamin preparatlarını gündəmdə
saxlayın –və  vitaminləri qan damarlarının divarlarını bərkidir və artıq
genişlənmənin qarqşısını alır.

I-ci həftənin tövsiyələrini unutmayın.

Gələcək uşaq
Baş beynin intensiv inkişafı gedir, bu həftə beyincik hərəkəti tənzimləyən beyin hissəsi formalaşmağa başlayır.
Böyrəküstü vəzilərin beyin hissəsinin təməli qoyulur.
Bir dəfə də olsa, «adrenalin» sözünü yəqin ki, eşitmisiniz. Bax bu hormon böyrəküstü vəzinin beyin hissəsində istehsal olunur.
Körpənizin sifətini görmək mümkündür. Çənəsi sinəsinə sıxılmışdır.
Ətraflar aktiv formalaşır: sümükləri möhkəmlənir, oynaqları, həmçinin əlaqələndirici və pəncə barmaqlarının intişar başlayır.
Bu həftə dölün qeyri –iradi tərpənişi mümkündür!
Körpə böyüyüb – «təpədən» «yançağa» qədər uzunluğu 13 15mm.
Çəkisi cəmi 1 qramdır.




Təbrik edirik – bu bir qram varisinizin ilk çəkisidir!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!