Hamiləliyin onuncu həftəsi

Hamiləliyin onuncu həftəsi
Hamiləlik
10.09.2017 197
Qadın
Yüksək halsızlıq və ürəkbulanma hələ də
sizi təqib edirsə, möhkəm olun! İki həftə sonra vəziyyət düzələcək (hər
halda, əksər hamilələrdə belə olur). Süd vəzisinin arealı ətrafında
mərci dənəsi boyda düyünlər yarana bilər. Bu, tər vəzilərinin böyüməsi
ilə bağlıdır və «Monthomeri düyünləri» adlanır. Hamiləliklə bağlı adi
haldır.
I-ci həftənin tövsiyələrini unutmayın.
Gələcək uşaq
Körpəniz inkişafının yeni – fetal mərhələsinə qədəm qoyur. İndi o, döl adlanır.
İndiyə qədər böyük nailiyyətlər əldə etmişdir!
Dirsək oynaqları, əl və ayaq barmaqları, qulaq seyvanları, üst dodağı formalaşmışdır.
Demək
olar ki, diafraqma – döş və qarın boşluqlarını ayıran arakəsmə
«hazırdır». Xarici cinsiyyət orqanları formalaşmağa başlayır. «Quyryq»
yox olmuşdur.
Məhz indi süd dişləri (həyatının birinci ilində çıxmağa başlayacaq) inkişafa başlayır.
Körpə
amnion mayesi (başqa sözlə, döl ətrafı su) ilə dolu döl qovuğunda
rahatca yerləşmişdir. Qovuğun içərisindəki mayenin həçmi cəmi 20 ml.
Demək olar ki, şəffafdır. Körpənin gözləri açıqdır, görüb –görmədiyini
demək olmaz.
Dölün çəkisi artıq 4 qramdır, «təpədən» «yançağa»
qədər uzunluğu 27 35mm. Uşaqlıq divarına toxunmadıqda, geriyə itələnir!
Təbii ki, siz bunu hiss etmirsiniz.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!