Hamiləliyin on birinci həftəsi

Hamiləliyin on birinci həftəsi
Hamiləlik
10.09.2017 113
Qadın
Əhvalınızın sonsuz
dəyişkənliyindən, yəqin ki, bezmisiniz. Qadınların çoxu bu zaman
menstruasiya qabığı emosional gərginlik (qıcıqlanma, narahtlıq və ya
anlaşılmaz nigaranlıq, ağlağanlıq) hiss edirlər.
Bütün bunların səbəbkarı yenə də orqanizminizdəki hormonal dəyişiklikdir.
Hər
bir qadın bu emosional xassədən bacardığı kimi çıxmağa çalışır. Kimsə
başını ev işləri ilə qatır, kimsə diqqətini hobbisinə yönəldir.
Bəzi qadınlar təsdiq edirlər ki, ən yaxşı üsul əhvalruhiyyəni nəzarətə almaqdır:
Meditasiya
ilə məşğul olma (istənilən üsul, məsələn, yoqaların sahəsindən ola
bilər) işə yarayır, bu zaman xüsusi musiqidən də istifadə etmək olar
(müvafiq kasset və kompakt – disklər satışda var). Professional
psixoterapevtin köməyi effektli ola bilər.
Əlbəttə ki, sizin
dəyişkən əhvalruhiyyənizın ağırlığı həyat yoldaşınızın çiyinlərinə
düşür. O, sizi anlamalıdır. Sevən insan sizə yardım etmək üçün özündə
qüvvə tapacaq. həm də bu yardım çox vaxt halınıza yanmaqdan, səbrlilik,
nəzakətli münasibətdən, ağlayıb ürəyinizi boşaltmaq üçün çiynini dayaq
etməkdən ibarət olur. (əgər buna ehtiyac varsa) Elə bu? Bununla belə,
ərinizə təşəkkür etməyi unutmayın, çünki bu mürəkkəb zamanda belə bir
dəstək kişilərə bütün qüvvələrini səfərbər etmək hesabına başa gəlir.
Əgər
psixoloji problemlər sizi qəti şəkildə tərk etmirsə, üstəlik artırsa,
mütəxəssisə müraciət edin. Unutmayın, 100 haldan 99 da sizin
çətinliklərinizi tez və effektli dəf etmək olar!
Birinci həftənin tövsiyələri əhəmiyyətini itirməmişdir. Həkimin qəbulunda isə yəqin ki, olmusunuz.
Gələcək uşaq
Böyüyürük! Körpənin çəkisi artıq 7 qrama yaxındır.
Görkəmi
hələ ki, qeyri –adidir: qollar ayaqlarından (ona görə də daha tez
inkişaf edir) uzundur.  Başının ölçüsü mütəəssir edir. lakin narahat
olmayın – doğuş ərəfəsində bu uyğunsuzluq götürüləcək (neçə illər  və
aylar öncə siz də eyni ilə belə görünürdünüz). Bu həftə döş qəfəsinin
formalaşması başa çatır. Əl ilə pəncə barmaqları inkişafını davam
etdirir.
Yeniliklər: qüzehli qişa (göz almasının bir hissəsi belə adlanır və gözlərinizin rəngini bu hissə müəyyən edir).
Sonoqramda dölün görünüşü.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!