Hamiləliyin on ikinci həftəsi

Hamiləliyin on ikinci həftəsi
Hamiləlik
10.09.2017 70
Qadın
Bu həftə hamilələrin əhvalruhiyyəsində
«köklü dönüş» həftəsi kimi qeyd edilir. Ümid edirk ki, siz də bu
xoşbəxtlərin sırasındasınız və erkən toksikoz «hücumlarını» zəiflədib.
Cift
hamiləlik üçün vacib olan hormonların istehsalında əsas aparıcı rolu öz
üzərinə götürür. Yadınızdadırsa, əvvəl bu, yetişmiş yumurta
hüceyrəsinin yerində yaranmış sarı cismin səlahiyyətində idi. Məhz bu,
2,5 ay ərzində sizə əziyyət verirdi.
İndi sevinə bilərsiniz: Sarı
cisim solmağa başlayıb. lakin siz alicənablıq göstərin – onun bütün
«şıltaqlıqlarını» unudun və onu xoş sözlə yola salın.
Hər halda qiymətli körpənizin dünyaya gəlməsində o Sarı cismin  də xidməti var, həm də az deyil!
Təəssüf ki, bəzi hamilələrdə toksikoz bundan sonra da davam edə bilər. Xüsusən çoxdöllü hamiləlikdə.
Gələcək uşaq
İnkişaf
tam gücü ilə gedir. Körpənizin qaraciyəri  artıq öd (bu maddə gələcəkdə
qida piylərinin həzmi üçün lazım olacaq) istehsal etməyə başlayır.
Bağırsaqlar
güclərini sınamağa təşəbbüs edir – bu həftə onlarda müntəzəm yığılma
müşahidə olunur. Bu peristaltik yığılma adlanır. Məhz bu yığılma
sayəsində qəbul edilmiş qida ağız boşluğundan (bilirsiniz haraya) …
qədər hərəkət edir, əksinə deyil.
Baş beyin inkişafını davam
etdirir. İndi o, böyüklərin baş beyninə bənzəyir, lakin minatür
variantında.  Əlbəttə ki, təəccüblü deyil – körpənizin çəkisi təqribən
13 14 qramdır, ümumi uzunluğu isə 9 sm!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!