Hamiləliyin on dördüncü həftəsi

Hamiləliyin on dördüncü həftəsi
Hamiləlik
10.09.2017 68
Qadın
Nə zamansa «hamiləlik» anlayışı
üzərində düşünmüsünüz? Rus dilindəki anlamı «bremya» (ağır yük, ağırlıq)
sözü ilə bağlıdır. Hamiləlik həqiqətən çətin prosesdir. Bir də buraya
erkən toksikoz  əlavə edilsə, vəziyyəti təsəvvür etmək çətin olmaz. Bu
da paradoks sayıla bilər – qadınların çoxu təsdiq edir ki, hamiləliyi
məhz toksikozun hücumları zəifləyəndən sonra dərk etmişlər.
Bununla
belə, bu paradoks deyil, sözlərin oyunudur. Həqiqətən, analıq hissi ən
çox birinci və ikinci rüblərin sərhədində oyanır Getdikcə güclənən bu
hiss, şübhəsiz qadınların yaşadıqları ən qiymətli duyğudur. Bu hissdən
həzz alın, bu hissi dəyərləndirin və qoruyun. Məhz bu hiss hamiləlikdə
yan keçilməsi mümkün olmayan irili –xırdalı çətinliklərin öhdəsindən
gəlməkdə hər bir  dava – dərmandan artıq yardım edəcək.
Beləliklə,
siz hamiləliyinizin çiçəkləndiyi dövrün astanasındasınız. Buna görə də
müxtəlif əngəllərlə mübarizə taktikasını müzakirə etməyəcəyik – bunun
üçün vaxtınız olacaq.
Gələcək uşaq
Dölün uzunluğu  indi 12,5 sm
Körpə
artıq sidik hasil edir və onu dölyanı suya ifraz edir. O, dölyanı
(amniot mayesi) suyu ağciyərə çəkib, sonra itələyərək ağ ciyərdən
çıxarır, bir növ tənəffüs prosesini məşq edir.
Mədəaltı vəzi insulin- maddələr mübadiləsi  və boy üçün vacib hormon hasil edir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!