Hamiləliyin on altıncı həftəsi

Hamiləliyin on altıncı həftəsi
Hamiləlik
10.09.2017 97
Qadın
Bu həftə siz ilk dəfə dölünüzün
tərpənişini hiss edə bilərsiniz. Əgər əvvəllər doğmusunuzsa  və ya arıq
bədən quruluşuna  maliksinizsə, ehtimal daha yüksəkdir. Ümumiyyətlə,
qadınlar ikinci hamiləlikdə dölün tərpənişini birincidən  2-4 həftə
əvvəl hiss edirlər. Qadınlar bu hissi əvvəllər yaşadıqları üçün daha
ayıq olurlar. Əslində, ilk hamiləliyin 22- 23 –cü həftəsinə qədər qadın
dölün tərpənişini hiss etmirsə, təəccüblü deyil: sonrakı müddətdə dölün
səxavətlə vurduğu dürtmələrdən fərqli olaraq ilk titrəyişlər çox zəif
olur.
Dölün ilk titrəyişləri doğuşun təxmini tarixini hesablamaq
üçün gərəkli ola bilər. Lakin, siz də anlayırsınız ki, bu ölçünün
dəqiqliyi yüksək deyil.
Bu həftə siz qanınızda alfa –
fetoproteinin (AFP), Xorionik qonadotroninin (XQ) və  pekopyugir (HE)
səviyyəsini yoxlamaq üçün qan analizi verməlisiniz.
Bəzi
şikəstlik törədən xəstəliklərdə (məsələn, Daun sindromu, kəllə –beyin
yırtığı, anensefaliya, dölün ön boşluğun divarının çoxalması və s.)
hamilə qadının qanında bu maddələrin səviyyəsi normadan kənar olur.
Tədqiqatlar nəticəsində döldə bu fəsadların olmasından şübhələnəmək və
ya istisna etmək mümkündür. Əslində, siz növbəti həftə, hətta, daha gec
qan analizi verə bilərsiniz. Lakin yaxşı olar ki, hamiləliyin 15 və 20
–ci həftələri arasında, 1-2 həftə intervala, iki dəfə qan verəsiniz.
Məsələn, 16-ı və 19-u və ya 17-i və 20-i.  Bu məsələ ilə bağlı ginekoloqunuza və ya tibbi- genetik məsləhətxanaya müraciət edin.
Gələcək uşaq
Körpə sizin və Allahın köməkliyi ilə mükəlləşməsi üçün yorulmadan çalışır.
İndi
onun qulaq  seyvanları (məişətdə «qulaq» adlandırılır) demək olar ki,
öz yerində yerləşmişdir. Əvvəllər onlar aşağıda (d.d. boynuna yaxın)
yerləşirdi. Portretdə daha bir cizgi – demək olar ki, tam formalaşmış
dırnaqlardır.
Böyrəklər və sidik kisəsinin fəaliyyətinə gəldikdə,
burada da inkişaf nəzərə çarpır – təxminən, hər 45 dəqiqədən bir körpə
dölyanı suları «zənginləşdirir». Əl və ayaq hərəkətlərinin  uyğunlaşması
artır. Körpənin boyu da artıb –onun uzunluğu artıq 16 sm çatır.
Bu
da vəd etdiyimiz şəkil: körpə baş barmağını sorur. Bu, eyni qəbildən
olan son şəkil deyil (döl bu adəti doğulana qədər saxlayır).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!