Hamiləliyin on yeddinci həftəsi

Hamiləliyin on yeddinci həftəsi
Hamiləlik
10.09.2017 104
Qadın
Uşaqlığınızın dibi (yəqin sizin üçün
uşaqlığın dibini üst saymaq asan olardı) qasığ birləşməsi ilə göbək
arasındakı məsafədə yerləşir. Əgər siz «qasıq birləşməsinin» harada
yerləşdiyini bilmirsinizsə, izah edirik: barmaqlarınızı astaca
göbəyinizdən aşağıya doğru sürüşdürün, tezliklə əliniz sümüyə toxunacaq.
Bu, qasırğa birləşməsidir.
Sizin orqanizminiz qanın
sirkulyasiyası həcmini artırır. Bu, körpənin oksigenə və qida
maddələrinə artan tələbatını ödəmək üçündür. Sizin ürəyinizin də işi
artıb (geniş həcmdə qanı vurmaq üçün daha artıq güc lazımdır. Ona görə
də ürəyin nasos funksiyası 20% artır. Siz bunun fərqinə varmaya
bilərsiniz. Ona görə də tərləmə və cinsiyyət orqanının sekresiyası
(cinsiyyət yollarının ifrazatı)  güclənirsə, təəccüblənməyin – bütün
bunlar bədəninizdə «gəzən» əvvəlki vaxtlardan daha artıq mayenin
nəticəsidir. Bu təzahürlər gigeyenik diqqət tələb edir. Lakin təhlükəli
deyil.
Alfa – fetoproten (bax: əvvəlki həftə) yaddan çıxarılmamalıdır.
Gələcək uşaq
Dölün
çəkisi təxminən 140 qramdır. Bu həftə heç bir yeni struktur
yaranmamışdır. Əvəzində körpə nəyi varsa istifadə etməyi öyrənir. Sizin
yaxınlığınızdakı gurultulu səslərə reaksiya verir. Bir çox elmi işlərə
istinadən, ananın qarın boşluğunun üzərinə yerləşdirilmiş xüsusi dinamik
səs siqnalları verərkən dölün hərəkət aktivliyinin necə dəyişdiyini
ultrasəs skanerdə görmək olar. Bu, o deməkdir ki, körpənizin aktiv
estetik inkişaf vaxtıdır.
Bu həftədən başlayaraq «dinləyicilərin
xahişi ilə konsert» təşkil edən. İstənilən ifaçı işə yarıyır. Musiqinin
müşayiəti ilə, ya da onsuz özünüz oxuyun. Müxtəlif repertuarlara
müraciət edin- xalq musiqisindən populyar musiqiyədək. Atanı da buraya
cəlb edin, oxumaq istəməsə, şeir söyləsin, ya da sadəcə körpə ilə
«söhbət etsin». Atanın səsi doğuşdan da qabaq körpənin yaddaşına
hopmalıdır. Audioaparatlardan səmərəli istifadə edin. Körpəniz hələki
musiqi səslərinin və fonlarının gözəllik və hormaniyasını
qiymətləndirmək iqtidarında deyil, bununla belə tələsin – bir azdan
onunla oynamaqdan böyük zövq alacaqsınız. İki aydan sonra siz əsil
bilici və xiridarla üz –üzə dayanacaqsınız. (onu dinləmək üçün təqdim
olunmuş «proqrama» cavab olaraq atdığı təkan və dümsüklər hər şeyi aydın
ifadə edir).скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!