Hamiləliyin on doqquzuncu həftəsi

Hamiləliyin on doqquzuncu həftəsi
Hamiləlik
10.09.2017 77
Qadın
Siz doğuşla bağlı psixi –proflaktik
hazırlığı və Analıq məktəbini unutmamısınız? Bu barədə eşitməmisinizsə,
mütləq ginekoloqunuzdan soruşun.
Tarix bəllidirsə, o zaman gözləyin.
Müxtəlif məişət çətinliklərini bəhanə gətirərək məşğələləri buraxmaq qəti yolverilməzdir.
Rusiyada,
ABŞ da, Yaponiyada aparılmış statistik tədqiqatlar göstərir ki, belə
kurs keçmiş hamilə qadınlar doğuş zamanı daha az ağırlaşmalara məruz
qalırlar.
Gələcək uşaq
Böyümə davam edir.
Bu həftə dölün çəkisi artıq 230 qrama çatır. Əgər döl qızdırsa, onun
yumurtalığında sadə yumurta hüceyrələri var. Məsələnin dərinliyinə
varsaq, bu sizin gələcək nəvələrinizdir.
Dölün bədənində narın
tüklər (lanuqo) çıxmağa başlayır. Körpənin bütün bədəni tüklə örtülür.
Körpə doğulmamışdan az öncə bu narın tüklər tökülməyə başlayır. Bəzən
yeni doğülmüş körpələrin qulaqlarında və üzünün bəzi hissələrində
lanuqonun qalıqlarına rast gəlmək olur. Artıq süd dişlərinin kökünün
altında daimi dişlərin təməli qoyulur.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!