Hamiləliyin iyirminci həftəsi

Hamiləliyin iyirminci həftəsi
Hamiləlik
10.09.2017 90
Qadın
Uşaqlıq getdikcə yuxarıya qalxmağa
başlayır və qarnınız bir qədər irəliyə çıxır. Hamiləlik müddəti ilə
həmahəng bu hadisə vüsət almağa başlayacaq. Ola bilsin ki,
tənəffüsünüzdə bir qədər çətinlik yaransın, çünki qarın boşluğundakı
daxili orqanlar diafraqmanı yuxarıya basır və bununla da
ağciyərlərinizin rahat hərəkət etməsinə mane olur. Döl aşağıya – çanaq
nahiyyəsinə düşməyincə, bu, belə olacaq. İlk hamiləlikdə bu, doğuşdan
bir neçə həftə əvvəl, sonrakı hamiləliklərdə bilavasitə doğum ərəfəsində
baş verir.
Sidiyə tez tez çıxmalısınız, yəqin ki, bunu təsəvvür etmək çətindir, eləmi?
Siz
hamiləliyinizin orta həddinə çatmısınız! Təbriklərimizi qəbul edin və
həyat yoldaşınızdan hədiyyə istəyin – şübhəsiz, sizin buna haqqınız
çatır!
Gələcək uşaq
Selikli narın
tüklərdən və dəri hüceyrələrindən döldə anadangəlmə sürtkü yaranır. Bu
ağ krem rəngli maddə körpənizin bədəninin müəyyən hissəsini, o cümlədən
bükümlərini örtür. Bu maddənin vəzifəsi dölün dərisini qorumaqdır. Bəzən
sürtkü uşaq doğulana qədər qalır və körpənin ilk tualeti zamanı steril
salfetlərlə təmizlənir.
Hərəkət aktivliyinə müvafiq olaraq artıq körpənin yatıb –yatmamadığını müəyyən edə bilərsiniz.
İndi dölün çəkisi 290 qrama yaxındır, boyu isə, təxminən 25 sm.          
Bu həftə dölün xarici görünüşü belədir. Diqqətlə baxın: dölün cinsiyyəti haqqında nə düşünürsünüz?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!