Hamiləliyin iyirmi birinci həftəsi

Hamiləliyin iyirmi birinci həftəsi
Hamiləlik
10.09.2017 105
Qadın
Körpənizin cinsiyyəti haqqında fikir
söyləyənlər yəqinki, əfsanə və xalq deyimlərinə əsaslanırlar. Bəzi
hamilələr də maraqlarını üstələyə bilmirlər və yorucu hesablamalara
qatılırlar. Digərlərini isə bu, əksinə qıcıqlandırır.
Dölün
cinsiyyətinin proqnozu üçün müxtəlif sistemlərdən (Çin diaqramı, yaxud
populyar qəzet və jurnallarlda dərc olunan tövsiyələr) istifadə
cazibədar görünə bilər, lakin əksər halda bu öncəgörmələrin dəqiqliyi
yüksək deyil.
Əgər dölün cinsiyyəti sizi çox maraqlandırırsa və
körpəniz sizinlə əməkdaşlıq etmək istəmirsə (yəni, ultrasəs
müayinələrində bədənin müvafiq tərfi üstə çevrilmirsə), o zaman özünüzü
məşğul etmək üçün başqa şeylər var.
Gələcək uşaq
Döl
ana bətnində isdəiyi kimi hərəkət edir. Bu o deməkdir ki, bu gün o,
başıaşağı oyaq qala bilər, sabah səhər – döşəməyə paralel şəkildə yatar,
axşam başını uşaqlığın dibinə dayaya bilər. Bu anlarda sizin nələr hiss
etdiyiniz həyəcanla mayallaq aşan gələcək varisinizi qətiyyən
maraqlandırmır. Adətən, döl hamiləliyin bu rübünün sonunda hər hansı bir
vəziyyətdə dayanır (mama həkimlər bunu uzanma adlandırırlar). Lakin
bəzən elə də olur ki, döl daha artıq müddətə qədər rahat hərəkət etməkdə
davam edir.
İndi körpənizin çəkisi 370 qramdır.
Körpənin baş barmağına «bağlılığının» daha bir sübutu.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!