Hamiləliyin iyirmi dördüncü həftəsi

Hamiləliyin iyirmi dördüncü həftəsi
Hamiləlik
10.09.2017 105
Qadın
Uşaqlığınızın dibi indi göbəyinizdən azacıq yuxarıda yerləşir.
Vaxtından əvvəl doğumun əlamətləri ilə tanışlıq vacibdir ki, (üç dəfə tüpürüb qapını döyəcləyək) heç kimi qəfil yaxalamasın.
Vaxtındanəvvəl
doğum çox vaxt yay aylarında baş verir ki, bu da hamilə qadının həddən
çox maye itirməsi ilə bağlıdır. Ona görə də əgər yay aylarıdırsa və
hamiləliyinizin birinci rübünün sonudursa, maye qəbulu rejiminə diqqətlə
yanaşmaqda davam edin.
Vaxtındanəvvəl doğum hallarının əlamətləri:
• Uşaqlığın saatda 5 dəfə  və daha çox yığılması.
• Cinsiyyət yollarından alqırmızı qanın gəlməsi.
• Üzün və əllərin şişkinliyi, preklampsiya əlamətləri.
• Sidik ifrazı zamanı ağrılar.
• Cinsiyyət yollarından qəflətən şəffaf sulu mayenin axması.
• Kürəkdə (beldə) monoton sızıltılı ağrılar.
• Çanağın aşağı hissəsində yüksək təzyiq.
Bu əlamətləri (müxtəlif ahəngdə) hiss etdikdə təcili həkimə müraciət olunmalıdır.
Gələcək uşaq
Döl
dərialtı qonur piy toxumaları toplamaqdadır. Qonur piy yüksək energetik
dəyərə malikdir – onun sərf olunmasından orqanizmdə yüksək dərəcədə
istilik və ATF (həyatverici prosesləri təhciz edən xüsusi maddə)
yaranır.
Yenidoğulmuş, xüsusən vaxtındanəvvəl doğulmuş körpələr
bədənlərinin hərarətini çətinliklə tənzim edirlər. Buna görə də onlar
soyuğa qarşı çox həssasdırlar və bu son dərəcə təhlükəlidir. Hamiləliyin
bu həftəsində doğulmuş körpələrin yaşama şansı sıfıra bərabərdir.
Həkimlərin fövqaladə səyləri nəticəsində nadir hallarda sağ qalmış belə
körpələr 13 14 həftə xüsusi isti inkubatorda qalmışlar.
Bax buna görə də körpəniz qonur piyin toplanması ilə belə fəal məşğuldur.
Dölün çəkisi bu həftə  600 qramdır, boyu – 30 santimetr.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!