Hamiləliyin iyirmi altıncı həftəsi

Hamiləliyin iyirmi altıncı həftəsi
Hamiləlik
10.09.2017 67
Qadın
Sizin monopoliyanız bitmişdir. Körpənizin
hərəkətlərini indi ailə üzvləriniz də hiss edə bilərlər. Öncə mütləq
atanı sevindirin (əgər əvvəllər ona bu imkanı yaratmamısınızsa).
Yeni
bir çətinlik – yataqda yuxu və istirahət üçün rahat hal axtarışları.
Axı hər zaman sol böyrü (yeri gəlmişkən, daha məsləhətdir), ya sağ böyrü
üstə uzanmaq da mümkün deyil! Həm də ailə üzvlərini gecələr narahat
etmədən vanna otağına, mətbəxə keçmək imkanınız da olmalıdır. Hamilələr
üçün xüsusi çoxfunksiyalı döşəklər istehlakçıları razı salır. Təəssüf
ki, satışda belə döşəklər yox dərəcəsindədir. Ona görə də əvvəlki
varianta qayıdın – yastıqlardan quraşdırdığınız mürəkkəb konstruksiya
həyatınızı yüngülləşdirə bilər. Bircə problem var – yastıqlar çox yer
tutur və ailə yatağında Ana olmağa namizəddən başqa kimsəyə yer çatmaya
bilər.

Gələcək uşaq

Körpəniz
daxilinizdə və çevrənizdəki bütün səsləri eşidir. Müəyyən qədər
əvvəllər  də bunu bacarırdı, lakin indi göstəricilər daha yüksəkdir.
Varisinizi nazlayın! Axı əvvəllər o, əsasən, ürəyinizin döyüntüsünü,
bağırsaqlarınızın qurultusunu, məişət səslərindən – vanna otağındakı
suyun, tozsoranın səslərini, qırıq qırıq söhbətləri, «Santa Barbara» nın
musiqi və qəhrəmanlarının dialoqlarını dinləməyə məhkum olmuşdu.
İndi
onunla bərabər Mosartı, Vivaldini, Çaykovskini, Strausu dinləməyin
vaxtıdır. Müasirləri də unutmayın, satışda məxsusi uşaqlar üçün oranjman
edilmiş hit musiqi və mahnıların kompakt – diskləri var. Məsələn,
«Məhəbbətin zərif mahnıları» və s. Təbiətin təbii səsləri də işə yaraya
bilər.
Əslində, bunu əvvəl də etmək olar. Heç kim şübhə etmir ki, siz məhz belə də etmisiniz!
Körpəniz 800 qramı haqlayır, uzunluğu  isə 32,5 santimetrdir.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!