Hamiləliyin iyirmi yeddinci həftəsi

Hamiləliyin iyirmi yeddinci həftəsi
Hamiləlik
10.09.2017 119
Qadın
Bu dövrdə çəkinizdə hissolunacaq dərəcədə
artım ola bilər. Ətrafınızdakı adamların bu barədə müxtəlif rəyləri ola
bilər, lakin bilməlisiniz ki, hamiləlik vaxtı çəkinin artması ziyanlı
deyil. Çəkidə artım hamilə qadının orqanizmindəki sağlam dəyişikliklərə
dəlalət edir.
Praktiki olaraq hər bir hamilə qadının süd
vəzilərinin ölçüsünün və çəkisinin artması müşahidə olunur. Orta hesabla
hamilə olmayan qadınların süd vəzilərinin çəkisi 200 qram, hamilələrin
süd vəzilərinin çəkisi  orta hesabla   780 qram olur!
Artmış
çəkinizin əsas hissəsini dölyanı sular və qanınızın yüksəlmiş həcmi
təşkil edir ki, bu barədə danışmışıq. Əlbəttə ki, körpənizi və cifti də
unutmaq olmaz! Nəticədə belə çıxır ki, çəkinizdəki artımda piyə o qədər
də yer verilməmişdir. Hamiləlik zamanı qadının çəkisində orta hesabla 
11 13 kq artım olur.
Unutmayın ki, hamiləlik arıqlamaq üçün müxtəlif pəhrizlərin davam etdirilməsi dönəmi deyil.
Əgər çəkiniz artıqdırsa, onun azalması üçün heç bir cəhd göstərməyin – bu döl üçün çox ziyanlı ola bilər!
Gələck uşaq
Daim sulu mühitdə qaldığı üçün körpənizin dərisi qırış –qırışdır. Doğuşdan bir neçə həftə keçib gedəcək.
Körpənin çəkisi 900 qramdan bir qədər artıqdır.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!